Icma.az
close
up
RU
“Ondan sonra yaşamırıq...” Hökümənin atasından ürəkdağlayan sözlər

“Ondan sonra yaşamırıq...” Hökümənin atasından ürəkdağlayan sözlər

Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Həyətimizdə muzey tikmişik, Hökümənin hər şeyini orada saxlayırıq. Qızımdan sonra yaşamırıq, sadəcə nəfəs alıb veririk. Onsuz necə çətin olduğunu sözlə ifadə etmək mümkün deyil”.

Moderator.az xəbər verir ki, bunu Musavat.com-a açıqlamasında AZAL-ın sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğraması nəticəsində həlak olmuş Milli Qəhrəman Hökümə Əliyevanın atası Cəlil Əliyev deyib.

O bildirib ki, ailəsi ilə birgə bir dəfə qəzanın baş verdiyi yerə gedib baş çəkiblər:

“Qazaxıstanda dekabrın 19-da onları yad etmək üçün tədbir keçiriləcək. Mən getməsəm də, yoldaşımla oğlum gedəcəklər. Qəza yerində təyyarə formasında heykəl qoyublar.

Qəzaya səbəb olanlara ən böyük cəzanın verilməsini istəyirəm. Onların üzrxahlığı yox, cəzalanması lazımdır”.

Qeyd edək ki, Hökümə Əliyeva 8 avqust 1991-ci ildə Kəlbəcər rayonunda anadan olub. Ailəsi 1993-cü ildə kəndlərinin işğalı səbəbindən məcburi köçkün düşərək, Bərdə rayonunun Qaradəmirçi kəndində müvəqqəti məskunlaşıb. 1996-cı ildə isə Rusiyaya köçüb və Volqoqrad vilayətində bir müddət yaşamışdır. Hökümə burada 1-ci sinifdən 6-cı sinfə qədər şəhərin 178 nömrəli məktəbində təhsil alıb. Daha sonra ailəsi Gəncəyə köçüb və Hökümə burada təhsilini davam etdirib. Gəncə şəhərindəki V. Veyselov adına 30 nömrəli tam orta məktəbi bitirdikdən sonra, 612 bal toplayaraq Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub. Təhsilini magistr və doktorantura pillələrində də davam etdirən Hökümə, 2016-cı ildən etibarən Azərbaycan hava yollarında işləməyə başlayıb. Əvvəlcə tərcüməçi olaraq fəaliyyətə başlayan Hökümə daha sonra Azərbaycan Hava Yolları (AZAL) şirkətində stüardessa kimi işə davam edib. O, Azərbaycan Hava Yolları (AZAL) şirkətində hüquqşünas kimi fəaliyyətə başlayacaqdı.

33 yaşlı Hökümə Əliyeva sosial şəbəkədə yayılan təyyarə görüntülərində son ana qədər sərnişinlərə təlimat verib və onlara “Hər şey yaxşı olacaq” deyərək, təmkinli olmağa səsləyib.

Xatırladaq ki, dekabrın 25-də AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin, 5 ekipaj üzvü olub. Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb. Həlak olmuş pilotlar İqor Knyankin, Aleksandr Kalyaninov və bələdçi Hökumə Əliyeva II Fəxri xiyabanda dəfn olunublar.

Prezident İlham Əliyevin “Embraer 190” tipli sərnişin təyyarəsində qəza zamanı yüksək peşəkarlıq və şücaət göstərmiş şəxslərin təltif edilməsi haqqında 29 dekabr 2024-cü il Sərəncamına görə Əliyeva Hökumə Cəlil qızı “Azərbaycanın Milli Qəhrəmanı” adı ilə təltif olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:106
embedMənbə:https://moderator.az
archiveBu xəbər 02 Dekabr 2025 15:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see255

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see203

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see187

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see181

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see179

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see174

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see168

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see166

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see158

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see155

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see154

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see152

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see147

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see147

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see147

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see146

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see144

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri