Icma.az
close
up
RU
Önə çıxan Zalujnı və küncə sıxılan Zelenski Kiyev seçim qarşısında...

Önə çıxan Zalujnı və küncə sıxılan Zelenski Kiyev seçim qarşısında...

Qaynarinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Zelenski Valeri Zalujnını Kiyevə qaytarıb, hansısa səlahiyyətlər verməklə danışıqlarda təmsilçiliyi ona ötürə bilər".

Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Arif Əliyev ABŞ rəsmilərinin sülh danışıqlarını Ukrayna prezidenti Volodimir Zelenskinin iştirakı olmadan aparmaq niyyətini şərh edərkən deyib.

Arif Əliyev bildirib ki, Zelenskinin danışıqlarda iştirak etməməsi Amerikadan daha çox Rusiyanın şərtidir:

"Açıq şəkildə görünür ki, ABŞ da buna meyl edir. Faktiki olaraq, danışıqların ilk mərhələsində Zelenski heç bir formada iştirak etməyib. Müəyyən görüş və ya telefon danışıqları aparıb, amma bilavasitə Zelenski danışıqlarda iştirak etməyib. Amma Vaşinqtonda baş verən sonuncu  qarşıdurmadan sonra Amerikanın da danışıqları Zelensksiz davam etdirilməsində maraqlı olduğuna heç bir şübhə yeri qalmır. Onlar Zelenskiyə mürəkkəb şərtlər irəli sürüblər. Üç dəfə üzr istəməlidir və s". 


Ekspert deyir ki, Ağ Evin Rusiya ilə danışıqları Zelensksiz aparmaq faktı göz qabağındadır:

"Amerika bu varianta daha çox üstünlük verir. Artıq Zelenski özü də Vaşinqtondakı görüşlə bağlı olaraq müraciət edərək, müəyyən peşmançılıq ifadə edib. O, hər şeyi təzələmək, yeniləmək istəyini bildirib. Odur ki, sülh lazımdır. Bu heç də o demək deyil ki, hansısa bir mərhələdə vəziyyət dəyişə, həm Amerika, həm də Ukrayna indiki formatda danışıqları davam etdirmək razılığına gələ bilərlər. Sonda yəqin ki, belə də olacaq. Hərçənd Ukraynanın başqa variantları da var. Hətta seçki keçirmədən Zalujnıyı Kiyevə qaytarıb, hansısa səlahiyyətlərin verilməsi və danışıqlarda təmsilçiliyi ona ötürmək imkanları da var. Lakin Zelenskinin buna gedəcəyi də ağlabatan deyil. Çünki onun da ambissiyaları az deyil".

Qeyd edək ki, dünyanın ən varlı adamı olan İlon Mask tərəfindən dan Zelenskiyə qarşı növbəti iyrənc hərəkətə yol verilib:

"Nə qədər xoşagəlməz olsa da, Ukraynada demokratiyaya sülh yolu ilə keçid müqabilində Zelenskiyə neytral ölkədə hansısa amnistiya təklif edilməlidir".  

Ümumiyyətlə, Tramp başda olmaqla ABŞ rəsmilərinin Zelenskiyə münasibətdə sərgilədikləri son addımlar ondan xəbər verir ki, Ağ Ev Rusiya ilə sülh danışıqlarını Ukrayna prezidentinin iştirakı olmadan aparmaqda maraqlıdır. Ona görə də hər fürsətdə çalışırlar ki, Zelenskini  aşağılasınlar. 

Rüfət Sultan


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 05 Mart 2025 17:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri