Icma.az
close
up
RU
Önəmli siyasi həqiqət

Önəmli siyasi həqiqət

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.

Sürətlə keçən avtomobillər vurmasın deyə pişik balasını yoldan götürüb təhlükəsiz yerə qoyan insana nümunəvi hərəkətinə görə böyük ehtimal hər kəsin dərhal rəğbəti yaranar. Ya da ki, güclü və özünə əmin olan bir nəfərin yanında dayanmış sərxoş və cılız insanın qeyri-adekvat davranışına cavab vermədən alicənablıqla öz yoluna davam etməsi də yaxşı mənada cəmiyyət tərəfindən diqqətsiz qala bilməz. Sadəcə pişik balasından fərqli olaraq sərxoşun bu cür gülünc vəziyyətə düşməsinin səbəbkarı özüdür. Nədənsə siyasətdə oxşar mənzərə yaşanan zaman bəziləri hadisələri ifrat dərəcədə təhrif edir və qərəzli şəkildə yozur: yolunu azmış pişik balasının avtomagistralda qalmasına görə sürücü, sərxoşun özünü qeyri-adekvat aparmasına görə isə ətrafda olanlar günahkar kimi təqdim olunur. Budur siyasi demaqogiyanın cəmiyyət üçün təhlükəli olan eybəcər tərəfi.

Məhz qeyd olunanlar müstəvisində önəmli bir siyasi həqiqət haqqında bəhs etmək istərdik. Çünki yanlış təsəvvürlər obyektiv həqiqəti görməyə mane olur. Xoşumuza gəlib-gəlməməyindən asılı olmayaraq obyektivlik naminə qeyd etməliyik ki, mentalitet və digər “yerli xüsusiyyətlər” istər-istəməz konkret ölkədə cərəyan edən siyasi proseslərin məzmununa təsir edir. Yəqin ki, hakim Yeni Azərbaycan Partiyasının ölkəmizdə fəaliyyət göstərən bütün digər partiyalar ilə müqayisədə açıq üstünlüyü ilə bağlı heç kəsin şübhəsi belə yoxdur. Bəli, 740 mindən artıq üzvü olan və regionun ən böyük siyasi təşkilatı sayılan YAP nəhəng siyasi qüvvədir. Sahib olduğu inzibati resurslar, intellektual və kadr potensialı, maliyyə üstünlüyü, sözsüz ki, hakim partiya olması və sədrinin ünvanına  dünyanın “super gücü” hesab olunan ABŞ kimi bir dövlətin prezidenti tərəfindən “Siz böyük lidersiniz” deyilmiş bir partiya ilə rəqabət aparılması yumşaq desək çox çətindir. Ancaq açıq rəqabət aparmaq üçün müvafiq güc və potensialın olmaması kirli texnologiyalara və xain əməllərə əsla haqq qazandıra bilməz. Güclünü güclü olmasında günahlandırmaq acizlik və qərəzli demaqogiyadan başqa bir şey deyil.

Unutmayaq ki, uzun illər ərzində demokratiya və açıq rəqabətdən danışanlar  məhz həmin demaqoqlardır ki, “hakimiyyət Qarabağı qaytarmaq istəmir və bunun üçün gücü yoxdur”, “Azərbaycanı dünyada heç kəs tanımır”, “Azərbaycanı dəstəkləyən ölkələr yoxdur”, “Azərbaycan beynəlxalq münasibətlər sistemində dəstəksiz və tək qalıb”, “Azərbaycan yanlış siyasət aparır”, “Azərbaycanın Ordusu tənəzzül içindədir” və digər bu kimi xain, məsuliyyətsiz fikirləri səsləndiriblər. İndi isə yeni tamaşa üzərində fəal çalışırlar.

Ölkənin uğurlarında zərrə qədər payı olmayan, habelə milli birliyi inkar edən və dövlətimizə qarşı düşmən mövqe tutan qüvvələrin əllərində “marionet kukla” kimi oynadılmağa razı olanların nəinki milli siyasi qüvvə adlanmağa, hətta siyasətdə olmağa belə haqları yoxdur. Yaşadıqları “siyasi tükənmişlik” sindromu isə onların aqressiv davranışlarına haqq qazandıra bilməz. Tükəniblər ki, artıq ucuz feyklərə müraciət edirlər. Görünür ki, siyasətdə inkişaf və müasirliyi onlar məhz feyk texnologiyalarda görürlər.

Elmi və nəzəriyyəni yox, məhz faktları sevənlər iqtidarı zəif olan dövlətlərin aqibətini yadlarına salsınlar. Bu məsələdə heç uzaqlara belə getməsinlər, elə öz dövlətimizin müstəqilliyinin ilk illərini yada salsınlar yetər. 30 il davam etmiş münaqişə, Azərbaycanın tarixi, regionumuzun coğrafiyası, möhtəşəm Qələbəmiz, dünyada müşahidə olunan mürəkkəb tendensiyalar və bəzilərin xain meylləri ona dəlalət edir ki, dövlətimiz güclü olmaq məcburiyyətindədir. Heç təsadüfi deyil ki, Prezident İlham Əliyevin “Bizim gücümüz birliyimizdədir!” ifadəsi hakim Yeni Azərbaycan Partiyasının Proqramının əsas şüarıdır.

Odur ki, siyasi partiyalar sahib olduqları potensialdan asılı olmayaraq dialoqda iştirak etməklə əslində dövlət və cəmiyyətin gücünü artırması kimi strateji məsələdə pay sahibi olurlar. Partiyalar yalnız bu vasitə ilə leqal şəkildə öz gücünü artıra bilərlər. Odur ki, “biz dialoqda varıq” deyənlər nəinki özlərini, həm də cəmiyyətin gücünü artırmış olurlar. Siyasi dialoqun müstəsna əhəmiyyəti bundadır. Əks halda cəmiyyət bu cür siyasətcikləri məqalənin əvvəlində qeyd etdiyimiz kimi, yolunu azmış pişik balası və ya cığallıq etmək istəyən adekvatlığını itirmiş sərxoşa bənzəyəcək. Bu cür vəziyyət nə yaxşı, nə pis deyil, bu sadəcə reallıqdır. Elə ona görə də əminliklə qeyd edə bilərik ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə təşviq olunan siyasi dialoq mühitinin cəmiyyətimiz üçün əhəmiyyəti tükənməzdir. Məhz elə buna görə də “Biz dialoqda varıq!” deyənlər dövlətin və cəmiyyətin inkişafını qəlbdən istəyənlərdir.

politoloq Asif Adil

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:103
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 24 Oktyabr 2025 10:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see284

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see268

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see254

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see245

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see224

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see204

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see203

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see202

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see190

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see188

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see186

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see180

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see173

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri