Icma.az
close
up
RU
“Onkologiya proqramına dəstək 3 4 dəfə ARTIRILMALIDIR” Rəşad Mahmudov

“Onkologiya proqramına dəstək 3 4 dəfə ARTIRILMALIDIR” Rəşad Mahmudov

Yenicag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Səhiyyə sahəsində son 5 ildə xərclər təxminən 400% artıb. Lakin bu rəqəmlər artımın bütün alt sahələrdə eyni sürətlə əks olunmadığını göstərir. Ümumi artım fonunda onkoloji xəstələrin dərman təminatı və şəkərli diabet xəstələrinin ehtiyacları hələ də lazımi səviyyədə deyil. Xərclərin artımı ilə nəticələrin artımı paralel şəkildə getməlidir”.

Yenicag.az xəbər verir ki, bunu Milli Məclisdə “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Rəşad Mahmudov deyib.

Deputat bildirib ki, xüsusilə onkologiya sahəsinə diqqət yönəltmək istəyir: “Dünyada artıq onkoloji xəstəlik “ümidsiz diaqnoz” deyil. Müasir target terapiyalar, immunoterapiyalar və yeni nəsil dərmanlar nəticəsində xəstələrin böyük əksəriyyəti 10 ildən daha uzun və yüksək həyat keyfiyyəti ilə yaşayırlar. Bu, dövlətin insan həyatını qorumaq istiqamətində atacağı hər bir addımın nə qədər əhəmiyyətli olduğunu göstərir. Bu səbəbdən, dövlətin Onkoloji Proqramı çərçivəsində nəzərdə tutulmuş maliyyə dəstəyi mütləq şəkildə artırılmalıdır. Mövcud rəqəmlər dünyadakı real müalicə qiymətləri və xəstələrin sayı nəzərə alındıqda kifayət etmir. Ən azı 3-4 dəfə artım həyati zərurətdir. Target dərmanlar xəstənin ömrünü illərlə uzadır. Bu həm sosial məsuliyyət, həm də insan kapitalının qorunmasıdır. İTS-in üzərinə düşən yük son illərdə həddindən artıq artıb. Onkoloji dərmanların tam İTS-in üzərinə qoyulması sistemdə boşluqlar yarada bilər. Xəstələrin öz cibindən müalicə etməsi real deyil. Müalicənin yarımçıq qalması isə sağ qalma göstəricilərinə birbaşa mənfi təsir edir. Dövlət proqramları gücləndirildiyi halda nəticə dərhal görünəcək – minlərlə insanın həyat keyfiyyəti və sağ qalma şansı yüksələcək”.

R.Mahmudov qeyd edib ki, onkoloji xəstələrə ümid olmaq, onların uzun və ağır yolunda yanlarında olmaq başqa xəstəliklərdən fundamental şəkildə fərqlənir: “Bir insan üçün ana vətən, yurdu-obası nədirsə – bu xəstələr üçün də ilk ana vətən onun ailəsi, həkimi və aldığı dəstəkdir. Bu sahədə xüsusi yanaşma tələb olunur. Bütün problemlərin yalnız İcbari Tibbi Sığorta çərçivəsində həll olunacağına inanmaq real yanaşma deyil. Əksinə, bu, sistemdə dağınıqlığa və məsuliyyət bölgüsündə boşluqlara səbəb ola bilər. Hazırda ölkəmizdə onkoloji xəstələrin müalicəsi üçün potensialı yüksək, maddi-texniki bazası mövcud olan ixtisaslaşmış mərkəzlər var. Məhz bu mərkəzlərin effektiv işləməsini gücləndirmək əvəzinə, problemin həllini başqa strukturlarda axtarmaq bizi əsas hədəfdən uzaqlaşdırır, çox vacib vaxtımızı alır və ən əsası – xəstənin yaşamaq haqqını riskə atır. İTS bu sahənin əvəzedicisi deyil və ola da bilməz. İTS-in rolu – dövlət proqramını tamamlayaraq maliyyə imkanlarını genişləndirməkdir, onun yerini tutmaq deyil.

Milli Məclisin üzvü qeyd edib ki, rezident həkimlərin əməkhaqqı məsələsinin də köklü həllini gözləyir: “Bu məsələ tibb kadrlarının ölkədə qalmasına, keyfiyyətli xidmətə və insan kapitalının güclənməsinə birbaşa təsir edən əsas amildir. Biz bu gün təkcə rəqəmləri yox, insanların həyatını, gələcəyini, rifahını müzakirə edirik”./unikal/

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:54
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 19 Noyabr 2025 16:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see212

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see206

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see201

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see194

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see154

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see151

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see146

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see144

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see139

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri