Onkoloji Klinikada təmir nə vaxt bitəcək? Xəstəxanadan AÇIQLAMA
Icma.az, Bizim media portalına istinadən məlumat verir.
Bir müddət əvvəl Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasındakı növbə xaosunu işıqlandırmışdıq. Belə ki, klinikanın gözləmə zallarında yaranan sıxlıq narazılıqlara səbəb olurdu. Məsələylə bağlı verilən rəsmi açıqlamada isə bunun klinikadakı təmirdən qaynaqlandığı bildirilmişdi.
Bəs sözügedən təmir bitib? Ümumiyyətlə, təmir nə ilə bağlı idi?
Azərbaycan Tibb Universitetindən Bizim.Media-ya təmirin yekunlaşdığı və həmin sahənin yaxın günlərdə istifadəyə veriləcəyi bildirilib:
“Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasında əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi, pasiyentlər üçün daha əlverişli və müasir şəraitin yaradılması məqsədilə mütəmadi olaraq təmir, yenidənqurma və abadlıq işləri həyata keçirilir.
Klinikaya müraciət edən xəstələrin sayının çoxluğu nəzərə alınaraq, pasiyentlərin və onların müşayiətçilərinin rahatlığının təmin edilməsi, həmçinin dəhlizlərdə yaranan sıxlığın qarşısının alınması məqsədilə Klinikanın həyətində yerləşən yardımçı sahənin təmirinə başlanıb və işlər tamamlanıb. Sözügedən sahənin yaxın günlərdə istifadəyə verilməsi nəzərdə tutulur.
Qeyd olunan tədbirlər klinikada xidmət prosesinin daha səmərəli təşkili, pasiyentlərə göstərilən tibbi xidmətin keyfiyyətinin artırılması və onların rahatlığının təmin olunması istiqamətində həyata keçirilən ardıcıl tədbirlərin tərkib hissəsidir”,- deyə açıqlamada qeyd olunub.
Nəzrin Mirzəyeva, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 16 İyul 2026 09:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















