Könül Vəlibəylinin qızı xəstəxanadan nə vaxt evə buraxılacaq? AÇIQLAMA
Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.
Yasamalda çoxmərtəbəli binada baş verən yanğında ölən Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəylinin qızı Ləman Qulamovanın son durumu açıqlanıb.
"Cebheinfo.az" xəbər verir ki, onun müalicə olunduğu Yeni Klinikadan “Yeni Sabah”ın sorğusuna cavab olaraq bildirilib ki, gəncin vəziyyətində heç bir dəyişiklik yoxdur.
Həmçinin, bildirilib ki, L.Qulamovanın nə zaman evə buraxılacağı barədə dəqiq məlumat yoxdur.
“O, vəziyyəti normallaşandan sonra evə buraxılacaq”, - klinikadan qeyd olunub.
Xatırladıq ki, noyabrın 21-də Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. Hadisə zamanı üç nəfər həlak olub, 20 nəfər tüstüdən zəhərlənib. Ölənlərdən biri Ləman Qulamovanın anası - Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəylidir.
Yanğında ciddi xəsarət alan Ləman Qulamova komaya düşmüşdü. O, bu gün komadan çıxıb, süni tənəffüs aparatından ayrılıb, huşu açıqdır və adekvatdır. Bununla belə, yüksək axımlı oksigen müalicəsi ilə tənəffüs dəstəyi davam etdirilir.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 13 Dekabr 2025 14:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















