Icma.az
close
up
RU
Onkoloji xəstəliklər icbari tibbi sığortaya daxil ediləcək? AÇIQLAMA

Onkoloji xəstəliklər icbari tibbi sığortaya daxil ediləcək? AÇIQLAMA

Sfera.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Onkoloji xəstəliklər insanlar arasında sadəcə təlafata səbəb olmur. Belə xəstələrin özləri və doğmaları təlafat baş verənə qədər sarsıntı içində yaşayır. Bu sarsıntının üzərinə də müayinə və müalicə proseslərinin baha olması ailələrə ciddi maddi çətinliklər yaşadır. 

Maraqlıdır, onkoloji xəstəliklər icbari tibbi sığortaya cəlb oluna bilərmi? 

Bununla bağlı Sfera.az-a açıqlama verən iqtisadçı ekspert Eldəniz Əmirov bildirib ki, bu prosess bir çox xəstəliklərlə müqayisədə icbari tibbi sığortaya daha çox vəsait hesabına başa gələcək, amma çox vəsait lazımdır deyə, ən dəhşətli xəstəliyə düçar olanları sığortadan kənarda saxlamaq olmaz: 

"Bir vaxtlar ölkəmizdə icbari tibbi sığortanın tətbiqi məsələsi gündəmə gələn zaman çox vəsait lazım olacağını səbəb gətirərək bunu bir müddət uzatdıq. Amma şükürlər olsun ki, bu sistem ölkəmizdə uğurla tətbiq edilməyə başladı. Müalicə üçün 100 manatı olmayanlar ucqar kəndlərdən paytaxta gəlib 10 min manatlıq əməliyyatları 1 manatsız etdirə bilir. İnsanlar bu gün ölkəmizdə icbari tibbi sığortanın verdiyi fürsətlərdən sevinclə istifadə edə bilir. Tibbi personal da bundan çox məmnundur". 

Onun sözlərinə görə, mütləq şəkildə onkoloji xəstəliklərin icbari tibbi sığortaya cəlb olunması istiqamətində real addımlar atılmalıdır: 

"Əgər mövcud vəsait bu xəstəliyin müalicəsində A-dan Z-ə hər şeyi qarşılmaq üçün imkan vermirsə, onda heç olmasa nədənsə başlamaq lazımdır. Sonrakı hər il isə sığorta zərfini genişləndirmək olar". 

Firuzə Əliyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:376
embedMənbə:https://sfera.az
archiveBu xəbər 22 Noyabr 2024 15:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see661

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see514

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see514

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see330

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see319

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see312

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see311

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see307

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see300

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see292

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see267

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see266

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see263

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see259

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see258

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see258

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see255

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see253

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see253

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see229
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri