Onkoloji xəstəliklər niyə İcbari Tibbi Sığortaya daxil edilmir?
Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bildiyimiz kimi, onkoloji xəstəliklərin müalicəsi pulsuz həyata keçirilməlidir.
Amma xəstəxanaların reallığı göstərir ki, müalicə prosesi əslində pulsuz deyil. Bu problemin yeganə həlli isə onkoloji xəstəliklərin birdəfəlik icbari tibbi sığorta zərfinə daxil edilməsidir. Bəs niyə onkoloji xəstəliklərin müalicəsi icbari tibbi sığorta paketinə daxil edilmir?
Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında tanınmış həkim-onkoloq İbrahim Əsədli bildirib ki, onkoloji xəstəliklərin müalicəsi qanunla dövlət hesabına aparılmalıdır. O qeyd edib ki, əgər bu reallıqda baş vermirsə, deməli, mexanizmlər haradasa pozulub:

“Azərbaycan Respublikasında onkoloji xəstəliklərin müalicəsi Azərbaycan səhiyyə və onkoloji yardım haqqında olan qanunlarla tənzimlənir. Həmin qanunlarda göstərilir ki, müalicə tam olaraq dövlət büdcəsi hesabına həyata keçirilməlidir. Əgər bu reallıqda baş vermirsə, deməli, mexanizmlər haradasa pozulub”. Həkim-onkoloqun sözlərinə görə, kağız üzərində yazılan başqa, reallıq isə tam fərqlidir:
“İndi kapitalizmdir. Kapitalizmdə hər şey gəlirə əsaslanır. Görünür, bəzi məmurlar yalnız öz gəlirlərini düşünürlər. Ona görə də reallıq budur. Kağız üzərində yazılan başqa, reallıq tam fərqlidir”.
Əfsanə Rəcəb
“Cebheinfo.az”
Açar sözlər: Onkoloji xəstə Tibbi Sığorta İbrahim Əsədli
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin


