Onkoloq xərçəng hüceyrələrini məhv edə bilən 4 qidanı sadaladı
Icma.az, Demokrat.az saytına istinadən bildirir.
Xərçəng hüceyrələri hər gün bədənimizdə yaranır, lakin güclü immun sistemi onların böyüməsinə imkan vermir. Müdafiə mexanizmi zəiflədikdə isə xəstəlik üçün münbit şərait yaranır.
Demokrat.az xəbər verir ki, tanınmış onoloq Uilyam Li orqanizmin müdafiə sistemini gücləndirən dörd əsas qidanın adını açıqlayıb. Həkimin sözlərinə görə, mikroskopik xərçəng hüceyrələri daim formalaşsa da, sağlam immun sistemi tərəfindən dərhal məhv edilir. Əsas təhlükə siqaret çəkmək və ya həddindən artıq günəş altında qalmaq kimi amillər nəticəsində yaranan xroniki iltihablar zamanı ortaya çıxır.
Uilyam Li bildirib ki, bəzi məhsullar orqanizmin müdafiə gücünü artırmağa kömək edir.
"Qida birbaşa xərçəngdən qorumur. Bunu dəqiqləşdirmək istəyirəm. Qida orqanizmin xərçəng hüceyrələri və iltihabla mübarizə qabiliyyətini gücləndirməyə yardımçı olur" – deyə o qeyd edib.
Onkoloqun siyahısında soya, pomidor, alma və müxtəlif giləmeyvələr yer alır. Li izah edib ki, bu məhsulların tərkibində immun sisteminin normal fəaliyyəti üçün zəruri olan çoxlu sayda vitamin, polifenol və antioksidant var.
Yəni, sağlam qidalanmaq birbaşa dərman deyil, lakin bədənin xəstəliklərə qarşı öz qalxanını qurmasına kömək edən vacib vasitədir.
İsmayıl
Demokrat.az
Bu mövzuda digər xəbərlər:Süd vəzi xərçənginin əlamətləri Onkoloq sadaladı
17 Noyabr 2024 05:24
“Xərçəng xəstələrini qəsdən sağaltmırlar” ONKOLOQ
12 Dekabr 2024 17:51
Bu qidalar xərçəng riskini artır Onkoloq
14 Avqust 2025 23:30
Xərçəng xəstəliyinin əsas düşməni... ONkoloq açıqladı
10 Noyabr 2024 07:47
Baxış sayı:170
Bu xəbər 27 Aprel 2026 23:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















