“Onlar Amerikaya əyilmədilər” Lavrov Hindistandan razıdır, ABŞ isə...
Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“ABŞ Prezidenti Tramp, nəinki Rusiyanın bir sıra ticarət tərəfdaşlarının məhsullarına yüksək idxal tarifləri tətbiq etməklə hədələyib. Belə tariflər, məsələn, bizim xüsusi imtiyazlı strateji tərəfdaşımız, Rusiya mallarının, xüsusən də karbohidrogen xammalının əsas istehlakçısı olan Hindistana qarşı artıq tətbiq olunub”.
“AzPolitika” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov deyib.
"Biz Dehlinin təzyiq altında əyilməməsini və azad ticarət prinsiplərinə sadiq qalmasını yüksək qiymətləndirdik. Amerikalılar bu qədər illər boyu təriflədiyi prinsiplərə indi özləri xəyanət edirlər”, - deyə, o, bildirib.
Lavrov onu da əlavə edib ki, Rusiya ABŞ-dən fərqli olaraq, guya digər ölkələrlə “bərabərhüquqlu, qarşılıqlı faydalı praktiki əməkdaşlıq” edir. Hansı ki, Ukrayna başda olmaqla, Rusiyanın əksər qonşu ölkələri bunu öz üzərlərində “hiss edirlər”…
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 03 Sentyabr 2025 16:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















