Hindistandan ABŞ ın cəhənnəm sanksiyalarına münasibət
525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Hindistan öz ticarət və iqtisadi maraqlarını nəzərə alaraq enerji təhlükəsizliyini təmin etməyə davam edəcək”.
525.az xəbər verir ki, bu barədə Hindistan Xarici İşlər Nazirliyinin ABŞ Konqresinin Rusiya və İrana qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsini qəbul etməsi ilə bağlı bəyanatında deyilir.
Qeyd olunur ki, Hindistan 1,4 milyard vətəndaşının enerji təhlükəsizliyinin təmin edilməsinə əvvəlki kimi qətiyyətlə sadiqdir. Ölkə enerji təchizatı mənbələrinin şaxələndirilməsi və dəyişən bazar şərtlərini nəzərə almaqla bunu davam etdirəcək.
Xarici İşlər Nazirliyi xatırladıb ki, son aylarda Hindistan hakimiyyəti ABŞ rəhbərliyinin nümayəndələri ilə yüksək səviyyəli danışıqlarda öz mövqeyini çatdırıb. Hindistan, digər məsələlərlə yanaşı, yeni ABŞ sanksiyalarının təkcə ikitərəfli münasibətlərə deyil, həm də beynəlxalq enerji bazarında hansı nəticələr doğura biləcəyini çox aydın şəkildə ifadə edib.
“Hindistan tərəfi həmçinin ticarət və iqtisadi maraqlarını qorumaq üçün bütün zəruri tədbirləri görmək əzmində olduğunu açıq şəkildə bəyan edib”, - XİN bildirib.
Xatırladaq ki, ABŞ Nümayəndələr Palatası sentyabrın 16-da 2025-ci ildən etibarən mərhum respublikaçı senator Lindsi Qrem tərəfindən irəli sürülən qanun layihəsini qəbul edib. Yeni paket “cəhənnəm sanksiyaları” adlandırılır. Bu, Rusiyanın enerji və müdafiə sənayesinə, eləcə də “kölgə donanması” adlandırılan strukturlara qarşı yönəlib. Sənəd, digər müddəalarla yanaşı, ABŞ prezidentinə Rusiya nefti və qazını alan üçüncü ölkələrə 100 faizə qədər gömrük rüsumu tətbiq etmək imkanı verir. Həmin ölkələr sırasına Hindistan və Çin də daxildir.
ABŞ Senatı sənədi avqust ayında təsdiqləyib. İndi isə qanun layihəsi imzalanması üçün Prezident Donald Trampa göndərilib. Ağ Ev iyul ayında bildirmişdi ki, ABŞ lideri bu təşəbbüsü dəstəkləyəcək.
Pərvanə Sultanova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 17 Sentyabr 2026 15:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















