Icma.az
close
up
RU
“Onlar Azərbaycandan layiqli cavab alacaqlar” Deputatdan sərt çıxış

“Onlar Azərbaycandan layiqli cavab alacaqlar” Deputatdan sərt çıxış

Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“2020-ci ilin sentyabr-noyabrında baş verən 44 günlük Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsində çox ciddi bir mərhələ oldu”.

Moderator.az xəbər verir ki, bunu millət vəkili Aydın Mirzəzadə Musavat.com-a açıqlamasında bildirib.

Deputat qeyd edib ki, 44 günlük müharibədən sonra Azərbaycanın Ermənistanla sərhədinin böyük hissəsinə nəzarət təmin olunub, işğaldan azad edilmiş və minalanmış ərazilərin təmizlənməsi, əhalinin doğma torpaqlarına qaytarılması prosesi başlayıb.

“Bununla belə, yenə də müəyyən bir ərazidə erməni silahlı qüvvələri qalırdı, separatçı rejim fəaliyyət göstərirdi. Laçın vasitəsilə Azərbaycana nəzarətsiz giriş-çıxış həyata keçirilirdi”, - deyə Aydın Mirzəzadə vurğulayıb.

Millət vəkili bildirib ki, Azərbaycan dəfələrlə Ermənistanı qoşunlarını çıxarmağa, normal qonşuluq münasibətləri qurmağa və separatçı rejimin fəaliyyətinə son qoymağa çağırıb. Onun sözlərinə görə, bu çağırışlara baxmayaraq, Azərbaycana qarşı təxribatlar davam edib.

“Separatçıların nəzarəti altında olan əraziyə silah-sursat daşınırdı. Xarici ölkələrin vətəndaşları sərbəst şəkildə Azərbaycan ərazisinə daxil olurdular”, - deyə deputat bildirib.

Aydın Mirzəzadə qeyd edib ki, həmin dövrdə separatçı rejimin fəaliyyətini davam etdirməsi ilə yanaşı, Azərbaycan ərazisində yeni minalanmış sahələrin yaradılması və Azərbaycan hərbçilərinə qarşı təxribatların törədilməsi vəziyyəti daha da gərginləşdirib.

“Separatçı rejim fəaliyyətinə son qoymaq istəmirdi. Bu azmış kimi, hətta Azərbaycan ərazisində yeni minalanmış sahələr yaradılırdı. Azərbaycan əhalisinə, silahlı qüvvələrin nümayəndələrinə qarşı təxribatlar baş verirdi. Şübhəsiz ki, bunlar dözülməz idi”, - deyə o vurğulayıb.

Deputatın sözlərinə görə, Azərbaycan bütün bu proseslər fonunda Laçında sərhəd-gömrük postu yaradaraq ölkəyə giriş-çıxışa nəzarəti təmin edib. Eyni zamanda, separatçıların nəzarətində olan ərazilərdə yaşayan insanlara Azərbaycan vətəndaşlığını qəbul etmək və ölkənin ictimai-siyasi həyatında iştirak etmək təklif olunub.

“Suveren bir dövlət kimi Azərbaycan Laçında sərhəd-gömrük postu açdı və Azərbaycana giriş-çıxışı nəzarətə götürdü. Separatçıların nəzarəti altında olan insanlara, ərazidə yaşayan insanlara Azərbaycan vətəndaşlığını qəbul etməyi və Azərbaycanın ictimai-siyasi həyatında iştirak etməyə dair dəfələrlə təkliflər ünvanlandı. Amma bütün bunlar cavabsız qaldı”, - deyə Aydın Mirzəzadə bildirib.

Millət vəkili xatırladıb ki, yaranmış vəziyyətdə Azərbaycan ərazi bütövlüyünü və suverenliyini təmin etmək üçün hərbi əməliyyata getmək məcburiyyətində qalıb. O, 19-20 sentyabr 2023-cü il tarixlərində keçirilən lokal xarakterli antiterror tədbirlərini Azərbaycanın suverenliyinin tam bərpası ilə nəticələnən mühüm hadisə kimi qiymətləndirib.

“Azərbaycan məcburən terror yuvasına çevrilən sahəni nəzarətə götürmək üçün 19-20 sentyabr 2023-cü ildə antiterror əməliyyatı həyata keçirdi. Baxmayaraq ki, Azərbaycan orada yaşayan insanlara vətəndaşlıq və vətəndaşlıqdan gələn bütün hüquqları zəmanət verirdi, orada yaşayanların böyük bir hissəsi terrorçuların və separatçıların təhriki ilə Azərbaycanı tərk etdilər. Bu onların seçimi idi”, - deyə deputat bildirib.

Aydın Mirzəzadə 1990-cı illərdə baş verən hadisələrlə 2023-cü ildəki proses arasında müqayisə apararaq deyib ki, həmin dövrdə Azərbaycanın ərazilərini işğal edən qüvvələrdən fərqli olaraq, 2023-cü ildə Qarabağda yaşayan erməni əhalisi Azərbaycan ərazisini öz seçimləri ilə tərk edib.

“Əgər 90-cı illərdə onlar torpaqlarımızı işğal edərkən insanlığımıza qarşı genosid həyata keçirirdilərsə, həmin dövrdə isə sərbəst şəkildə, öz istəkləri ilə vaxtilə qanunsuz daxil olduqları Azərbaycanı tərk etdilər”, - deyə millət vəkili qeyd edib.

Deputatın sözlərinə görə, 20 sentyabr 2023-cü il Azərbaycanın müasir tarixində xüsusi yer tutan günlərdən biridir. Onun fikrincə, həmin tarixdə ölkənin suverenliyi tam bərpa olunub və Azərbaycan Ermənistanla şərq sərhəd xəttinə çıxaraq həmin sərhədin mühafizəsini təmin edib.

“20 sentyabr Azərbaycan üçün tarixi bir günə çevrildi. Həmin gün Azərbaycan öz suverenliyini tam bərpa etdi. Ərazi bütövlüyümüz təmin edildi. Ermənistanla şərq sərhəd xəttinə çıxıldı və həmin sərhədimiz qorunmağa başladı”, - deyə Aydın Mirzəzadə vurğulayıb.

O əlavə edib ki, yaranmış yeni reallıq Ermənistanı Azərbaycanla sülh danışıqları aparmağa gətirib çıxarıb. Millət vəkili qeyd edib ki, iki il davam edən danışıqlardan sonra 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanması baş verib.

“Ermənistan belə bir vəziyyətdə Azərbaycanla sülh müqaviləsi imzalamaq üçün danışıqlar masası ətrafında oturmağa məcbur oldu. Aparılan danışıqlar 2 ildən sonra 2025-ci il avqustun 8-də Vaşinqtonda sülh müqaviləsinin paraflanmasına gətirib çıxardı”, - deyə deputat bildirib.

Aydın Mirzəzadə əldə olunan nəticələri Prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətlə əlaqələndirib. Onun sözlərinə görə, ölkə daxilində sabitliyin qorunması, təhlükəsizliyin təmin edilməsi, sosial rifahın yüksəldilməsi və sahibkarlığın inkişafına dəstək xarici siyasətdə əldə olunan nəticələrlə paralel şəkildə həyata keçirilib.

“Bütün bunlar Azərbaycanın, şəxsən cənab Prezidentimizin apardığı düşünülmüş daxili, xarici siyasət nəticəsində baş verdi. Bir tərəfdən daxili həyatımızda stabillik yarandı, insanlarımızın təhlükəsizliyi təmin edildi, sosial rifahın artırılması üçün ciddi addımlar atıldı, insanların hüquqları təmin edilir, sahibkarlığın inkişafına dəstək verilir. Digər tərəfdən isə xarici siyasətimizdə suverenliyimizin, müstəqilliyimizin qorunması üçün çox ciddi addımlar atılır”, - deyə deputat bildirib.

Millət vəkili hesab edir ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işləri də yeni reallığın əsas göstəricilərindəndir.

“Görünən ondan ibarətdir ki, Azərbaycan tarix yazdı. Azərbaycan əsgəri nəyə qadir olduğunu göstərdi. Azərbaycan xalqı dəstəklədiyi liderin siyasəti ilə möhtəşəm bir tarix yazdığını ortaya qoydu”, - deyə Aydın Mirzəzadə vurğulayıb.

Onun sözlərinə görə, hazırda işğaldan azad edilmiş ərazilərdə keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı davam edir və həmin ərazilərdə yeni yaşayış məntəqələri formalaşdırılır.

“Bu gün biz öz suveren hüquqlarımızdan tam istifadə edirik. Artıq 40 mindən çox keçmiş məcburi köçkün geri qayıdıb. İşğaldan azad olunan ərazilərdə 100 minə qədər insan yaşayır və işləyir. Demək olar ki, bütün rayon mərkəzləri artıq bərpa olunub, geri qayıdıblar. Vaxtaşırı yeni kəndlərin açılışı edilir və bunlarda cənab Prezidentimiz, hörmətli Birinci vitse-prezidentimiz şəxsən iştirak edirlər”, - deyə deputat bildirib.

Aydın Mirzəzadə qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə yeni həyatın qurulması Azərbaycanın müstəqillik və suverenlik siyasətinin praktiki nəticələrindən biridir.

“Yeni bir həyat qayıdıb işğaldan azad olunan ərazilərə. Müasir Azərbaycanın siması qurulub. Dünyaya biz müstəqilliyə layiq olduğumuzu, müstəqilliyimizi reallaşdırmağı bacardığımızı göstərdik. Və bu həyatımızı həmişə qorumağa hazırıq”, - deyə millət vəkili əlavə edib.

Deputat Azərbaycanın öz müstəqilliyini və suverenliyini qorumaqda qərarlı olduğunu vurğulayıb.

“Kimlərsə müstəqilliyimizi şübhə altına almaq istəyəcəklərsə, onlar Azərbaycandan layiqli cavab alacaqlar. Biz dostla dost, düşmənlə düşmənik”, - deyə Aydın Mirzəzadə bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://moderator.az
archiveBu xəbər 20 Sentyabr 2026 15:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see372

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see313

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see295

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see269

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see261

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see254

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see242

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see236

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see230

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see217

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see208

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see195

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see191

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see190

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see190

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see187

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see181

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see174

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see172

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri