Icma.az
close
up
RU
Menu

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

Bakıda “Zəfər Günü Qürur günümüz” adlı musiqili bədii proqram təqdim olunub

Yüksək qan təzyiqi yaddaşı pozur

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

Hər şeyi qazanmaq və ən yaxşı olmaq istəyirəm Barselona nın futbolçusu

Deputatdan sərt çıxış: “Rayonların inkişafını istəyiriksə...”

Deputatdan sərt çıxış: “Rayonların inkişafını istəyiriksə...”

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Qarşıdan gələn 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Sahibə xanım Sizi, Səbinə xanımı, xanım həmkarlarımı, xanım jurnalistləri və bütün Azərbaycan qadınlarını təbrik edirəm. 

Səbinə xanımın məruzəsini yüksək qiymətləndirir və etdiyi təkliflərin də həyata keçirilməsi zərurətini əlaqədar orqanların vacib işi hesab edirəm”.

"Cebheinfo.az" xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev deyib.

O bildirib ki, hesabatda səslənən təkliflər həyata keçirilərsə, ölkədə şikayətlərin sayı bəlkə də 50 faiz azalmış olardı:

“Diqqətimi çəkən məqam odur ki, səslənən təkliflərin əksəriyyyəti ildən-ilə təkrarlanır və bu üzücüdür. Ombudsmanın təkliflərinə ciddi yanaşılmalı və hər il ən azından bir neçəsi həllini tapmalıdır". 

Deputat qeyd edib ki, Ombudsmana 29 min şikayət daxil olub:

"İnanın ki, bu edilməli olan şikayətlərin az bir hissəsidir. Bir çoxu məktub yaza bilmir, bir qisim vətəndaş necə müraciət edəcəyini bilmir, digər qisimin vəkil tanışı, məktub yaza biləni yoxdur. Bu o deməkdir ki, vətəndaşlara hüququ sahədə əlçatan xidmətlərin göstərilməsi böyük zərurətdir.

Bu vacibiyyəti nəzərə alaraq, 3-4 sessiya bundan öncə etdiyim təklifi bir daha səsləndirmək istəyirəm. Vətəndaşlara ölkəboyu pulsuz, hüquqi xidmətin göstərilməsi vacibdən də vacibdir.

Ombudsman institutu bu vəzifəni yerinə yetirə bilər və elə vətəndaşların da ən çox inandığı, etibar etdiyi, özünə yaxın bildiyi qurumlardan biri də Ombudsman institutudur".

R.Nurullayev əlavə edib ki, bunu nəzərə alaraq, Ombudsman instututuna bu missiyanı həyata keçirmək üçün lazımi maliyyə və digər resursların ayrılmasını təklif edirəm:

"Hər bir rayon və şəhərdə bir neçə nəfər hüquqşünasın işə götürülməsini təmin edəcək dərəcədə maliyyə vəsaitinin ayrılması vətəndaş məmuniyyətinin təmin edilməsini yardımçı olardı.

Bu missiyanı Ombudsman institutu ictimai biliklərlə bərabər də həyata keçirə bilər. Nəzarət isə mütləq şəkildə Ombudsman institutunda olmalıdır. Bir daha demək istəyirəm ki, burada səslənən təkliflərə aidiyyəti üzrə dövlət orqanlarının rəsmi nümayəndələri cavab verməlidirlər. Əgər bu təklif və suallar cavablandırılmırsa, o zaman çıxış etməyin də lüzumu qalmır. 

Parlament tribunsasından səslənənn fikirlərə aidiyyəti dövlət qurumlarının rəsmi cavab verməsi mütləq şəkildə həyata keçirilməlidir. Vermirlərsə, müzakirələr zamanı ünvanlarına səslənən tənqidlərə də dözümlü və hazır olsunlar. 

Digər tərəfdən isə, bəlkə bizim dediklərimiz məlumatsız olmağımızdan irəli gəlir, verilən cavablar qənaətbəxş olarsa, məsələ də bağlanmış olar və biz də bu məsələyə bir daha qayıtmarıq. Qanunsuz tikilərlə və vətəndaşların tikinti sahəsində üzləşdiyi problemlərlə bağlı hesabatda məlumatlar və təkliflər yer alıb. 

Yerlərdə tikintilərə icazə ilə bağlı ciddi problemlər var. İcra hakimiyyətləri bu sahədə səlahiyyətsiz bir quruma çevrilib. Bunu doğru saymıram. Bizlər də ciddi problemlərlə üzləşir və hər bir kiçik məsələnin həlli üçün mərkəzi icra orqanlarına üz tutmalı oluruq. 

Bu qədər mərkəzləşmə yerlərdə inkişafa ciddi əngəl yaradır. Kimsə kənddə malına tövlə tikirsə, aldığı 5-10 hektarlıq sahədə iş görmək üçün müvəqqəti nəsə el dilində desək “qaraldırsa” niyə icazəni Bakıdan almalıdır? 

Məgər bir nəfər həyətinə hasar çəkirsə, evinə artırma edirsə, balaca bir köşk tikirsə, hətta sanitar qovşaq tikirsə icazəni Şəhərsalma və Arxitektura Komitəsindən alması absurd deyilmi? Bu məntiqə söykənməyən yanaşmadır. Vətəndaşlar arasında ciddi narazılıq yaradır".

Deputat vurğulayıb ki, bu məsələdə mütləq şəkildə asanlaşdırmaya, yüngülləşdirməyə ehtiyac var:

"Rayonların inkişafını istəyiriksə, onların mərkəzdən asılılığı ciddi şəkildə azalmalıdır".

Vilayət Muxtar
"Cebheinfo.az"

Açar sözlər: 8mart deputat Ombudsman

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 07 Mart 2025 13:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see391

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see344

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see312

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see289

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see256

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see251

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see244

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see243

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see239

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see230

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see220

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see216

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see210

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see199

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

02 Noyabr 2026 22:10see190

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

02 Noyabr 2026 22:03see189

Bakıda “Zəfər Günü Qürur günümüz” adlı musiqili bədii proqram təqdim olunub

02 Noyabr 2026 21:00see188

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see178

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see169

Hər şeyi qazanmaq və ən yaxşı olmaq istəyirəm Barselona nın futbolçusu

02 Noyabr 2026 23:34see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri