Icma.az
close
up
RU
Onlar Azərbaycanın inkişafını, uğurlarını heç cür həzm edə bilmirlər MÖVQE BİLDİRİLDİ

Onlar Azərbaycanın inkişafını, uğurlarını heç cür həzm edə bilmirlər MÖVQE BİLDİRİLDİ

Ses qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Qərb və Avropa dairələri uzun illərdir ki, Azərbaycana qarşı düşmənçilik və qərəzli mövqe nümayiş etdirir". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Sahil Kərimli deyib.O bildirib ki, həmin siyasi dairələr, ölkələr öz maraqlarını təmin etmək məqsədilə əlbəttə ki, zamanla Azərbaycanda bəzi "İnsan hüquqları müdafiəçiləri" vasitəsilə, onların maliyyələşdirilməsinə cəhd edilməsi yolu ilə Azərbaycanda müəyyən təxribatlar həyata keçirməyi planlayıblar: "Amma Azərbaycan dövlətinin preventiv tədbirləri, Azərbaycan hüquq və mühafizə orqanlarının ayıq-sayıqlığı nəticəsində daim bu zərərli təhdidlərin qarşısı qətiyyətlə alınıb. Amma həmin dairələr xaricdə yaşayan adlarını blogger qoymuş anti-Azərbaycan qüvvələri də maliyyələşdirməklə son zamanlar Azərbaycana qarşı qarayaxma, gözdənsalma və bu kimi təxribatçı fəaliyyət həyata keçirirlər. Bunun bir çox səbəbləri var. Qərb və Avropa dairələri Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin milli maraqlara, dövlətçilik maraqlarına əsaslanan müstəqil siyasətinə qarşı daim bu cür qərəzli mövqe nümayiş etdiriblər. Onlar Azərbaycanın inkişafını, uğurlarını heç cür həzm edə bilmirlər. Bunun nəticəsi olaraq yenə də Azərbaycana qarşı bu cür riyakar fəaliyyət həyata keçirirlər. Xüsusilə, Azərbaycan 44 günlük Vətən müharibəsindəki dünyaya nümunə ola biləcək möhtəşəm qələbəsindən sonra, ərazi bütövlüyünü və suverenliyini tam təmin etdikdən sonra bu cür hücumlar, Azərbaycana qarşı düşmənçilik mövqeyi daha da geniş vüsət alıb. Bu cür təxribatçı və Azərbaycana qarşı qərəzli mövqe daha da güclənib, sürətlənib. Azərbaycan dövlətinə, xalqına qarşı yönəldilmiş bu yaramaz qüvvələrin çeşidli planlarının qarşısı daim alınıb"."Biz qonşu Gürcüstanda baş verən proseslərə baxsaq, tam aydın şəkildə həmin dairələrin əsl məqsədlərini və məqamlarını bir daha görə bilərik. Bu gün Fransa başda olmaqla bir çox Qərb dairələri Azərbaycana qarşı bu cür qəbuledilməz mövqe nümayiş etdirirlər. Eyni zamanda burada İran dairələrindən də, İranda olan bəzi mənbələrdən də maliyyələşən və Azərbaycana qarşı yönəldilən təxribatçı və başıpozuq dəstələr var. Onlar Avropada fəaliyyət göstərərək həmin dairələrdən maliyyələşərək Azərbaycanın uğurlarını gözdən salmağa çalışırlar. Azərbaycana qarşı bu cür hücuma keçiblər. Ona görə də, Azərbaycan cəmiyyəti, xalqı olaraq bu cür təhdid və təzyiqlərin qarşısında ayıq-sayıq olmalıyıq. Öz vətəndaş mövqeyimizi peşəsindən asılı olmayaraq hamı daim nümayiş etdirməlidir. Biz vətəndaş, vətəndaş cəmiyyəti olaraq bu təhdidlərin və hücumların qarşısının alınmasında bir sipər olmalıyıq. Belə olduğu halda Azərbaycan dövlətinin inkişafını zəiflədən, onun möhkəm təməllərini zəiflətmək istiqamətində atılan addımlar neytrallaşdırıla bilər" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 02 Dekabr 2024 15:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri