Icma.az
close
up
RU
Onlar bayram süfrəsinə əyləşə bilmədi

Onlar bayram süfrəsinə əyləşə bilmədi

GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Yeni il gecəsi Azərbaycanda minlərlə evdə işıqlar sönmür, süfrələr açılır, saatlar 00:00-ı gözləyir. Amma bu gecə hamı üçün bayram deyil. Hər il olduğu kimi, bu il də minlərlə azərbaycanlı Yeni ili ailəsinin yanında yox, iş başında qarşılayır. Onlar üçün bayram gecəsi məsuliyyət, növbə və xidmət deməkdir.

Globalinfo.az “Ölkə.az”a istinadən xəbər verir ki, xəstəxanalarda həkimlər, tibb bacıları və təcili tibbi yardım briqadaları fasiləsiz rejimdə çalışır. Yeni il gecəsi yol-nəqliyyat hadisələri, qəfil səhhət problemləri və fövqəladə hallar artdığı üçün səhiyyə sistemi tam gücü ilə işləyir. Bir çox həkim üçün saat 00:00-da tost qaldırmaq yox, xəstənin vəziyyətini stabilləşdirmək əsas prioritet olur.

Eyni saatlarda polis əməkdaşları paytaxtdan bölgələrə qədər küçələrdə, meydanlarda və magistral yollarda asayişi qoruyur. Bayram şənliklərinin təhlükəsiz keçməsi, kütləvi toplaşmalarda insidentlərin qarşısının alınması məhz onların üzərinə düşür. Postlarda, patrul maşınlarında və xidmət otaqlarında Yeni il sükutla qarşılanır.

Azərbaycan dəmir yollarında, hava limanlarında və avtovağzallarda da həyat dayanmir. Qatar maşinistləri, dispetçerlər, konduktorlar, stansiya növbətçiləri və texniki heyət minlərlə sərnişinin bayram günlərində təhlükəsiz şəkildə mənzil başına çatması üçün çalışır. Bir çoxları üçün Yeni il gecəsi relslərin üzərində, növbə cədvəlinə uyğun keçir.

Enerji, qaz, su və rabitə sahəsində çalışan növbətçi briqadalar da bu siyahının görünməyən qəhrəmanlarıdır. İşığın sönməməsi, istiliyin kəsilməməsi, əlaqənin davam etməsi üçün bayram gecəsi belə fövqəladə çağırışlara hazır vəziyyətdə olurlar. Güc strukturlarında, hərbidə və bu kimi bilinməyən yerlərdə iş başında olanlar da bayramı qeyd etməyənlər sırasındadırlar.

Dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da bayram gecəsi minlərlə insan cəmiyyətin fasiləsiz işləməsi üçün ailəsindən uzaq qalır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 01 Yanvar 2026 22:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mövsümüdür, amma qiyməti düşmür meyvə tərəvəz niyə bahadır? ARAŞDIRMA

31 Avqust 2026 16:06see355

Qədim şəhərin divarları rənglərin dili ilə danışanda

31 Avqust 2026 14:46see300

Azərbaycan səhiyyəsi nə zaman əhalini qane edəcək? KONKRET

31 Avqust 2026 12:56see287

Əl ayağınız şişirsə, su çatışmazlığından ola bilər

31 Avqust 2026 17:04see262

“Barselona”dan möhtəşəm qələbə: 7 qollu oyunda “Rayo” darmadağın edildi

01 Sentyabr 2026 01:35see261

Səhərlər şişmiş və sərt əllər zobdan ola bilər

31 Avqust 2026 16:07see259

Bu dərman saç tökülməsinə qarşı EFFEKTLİDİR

31 Avqust 2026 13:39see256

Bu qidalar sərxoşluqdan sonrakı vəziyyəti ağırlaşdıra bilər Həkimlər izah ETDİ

31 Avqust 2026 21:50see250

Belə oturanların onurğa sümüyü əyilir

31 Avqust 2026 16:07see250

Türkiyəli nazirdən Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama: Qars Dilucu dəmir yolu istifadəyə veriləcək

01 Sentyabr 2026 10:59see242

Ürək döyüntüsü 100 olanlar 2 analiz versin

31 Avqust 2026 16:33see236

İrana qarşı iqtisadi təzyiq aylarla davam edə bilər Bessent

31 Avqust 2026 18:53see234

Düyü, kartof və makaronu soyuq yeyin İZAH

31 Avqust 2026 16:39see216

Gecə 1 dən gec yatanlarda infarkt riski artır

31 Avqust 2026 16:17see211

Kosmosda sakitlik olacaq? Sentyabrın ilk yarısında maqnit fırtınaları ilə bağlı proqnoz

01 Sentyabr 2026 04:02see207

Astarada şəhid ailələri üçün mənzillər alınacaq

01 Sentyabr 2026 00:19see207

Zamiq 90 dəqiqə oynadı, “Eqnatiya” geri dönüş etdi

01 Sentyabr 2026 02:14see203

Şuşa Laçın avtomobil yolunda qazıntı aparan 2 nəfər vəfat edib

31 Avqust 2026 22:04see201

Əli Cəbrayılova UEFA dan beynəlxalq təyinat

01 Sentyabr 2026 01:02see195

Yüksək dozalı venadaxili C vitamini yenidən apteklərdə! Preparatın idxalı bərpa olundu

31 Avqust 2026 17:01see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri