Icma.az
close
up
RU
Onlar Beta nəslinin uşaqları sayılacaq

Onlar Beta nəslinin uşaqları sayılacaq

Icma.az, Qafqazinfo saytına istinadən bildirir.

İndiyə qədər haqqında danışdığımız Y və Z nəsillərinə yenisi əlavə olunub. 

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, bu gündən etibarən doğulan körpələr Beta nəsli hesab olunacaq.

Rəqəmsallaşma və süni intellektin zirvədə olduğu dünyaya göz açan Beta nəslinin xüsusiyyətləri nədir?

Dünya tarixində nəsillərə həmişə ad verilib. Bununla belə, texnologiyanın inkişafı ilə nəsil fərqi nəzərəçarpacaq dərəcədə artıb. 

Əvvəla, nəsilləri hələ də fərqləndirməkdə çətinlik çəkənlər üçün qısa məlumat verək. 

Boomer nəsli 1946-1964-cü illər arasında, müharibədən sonra dünyaya gələnlərdir. 

X nəsli 1965-1980-ci illər arasında doğulanlardır. Onlar ümumiyyətlə intizamlı və çalışqan cəhətləri ilə tanınırlar.

Y nəsli 1980-1996-cı illər arasında doğulmuş nəsildir. Bəzilərinə görə, 2000-ci ilə qədər doğulanlar da Y nəslinə aiddir. 

Z nəsli 1997-2010-cu illər arasında doğulmuş nəslin nümayəndələridir. Yenə Z nəslinin bitmə və başlama tarixləri də mübahisəlidir. Bəziləri Z nəslinin 2015-ci ilə qədər mövcud olduğunu iddia edir.

Alfa nəsli isə Z nəslindən sonra 2010 və ya 2015 və 2025-ci illər arasında doğulmuş nəsildir. Onlar Y nəslinin uşaqlarıdır.

2025-ci ildən sonra doğulan körpələr isə artıq Beta nəslinin üzvləri olacaq.

Bu uşaqlar da Z nəslinin övladları olaraq doğulacaqlar. 2025-ci ildən 2039-cu ilə qədər 14 illik dövrü əhatə edəcək bu nəsil, bütün digər nəsillərdən fərqli olaraq, rəqəmsallaşmanın ən yüksək həddə çatdığı bir dövrdə gözlərini açır. Üstəlik, onların valideynləri - Z nəsli texnologiyanın inkişaf etdiyi illərdə anadan olublar. 

Beta nəsli süni intellektin təhsil sistemlərində ön plana çıxdığını görəcək. Öyrənmə proseslərində insanlar deyil, texnologiya daha çox iştirak edəcək. Rəqəmsal inteqrasiya ən çox Beta nəsilinə təsir edəcək. Bu nəsil 2040-cı ildə başa çatacaq. 2035-ci ilə qədər dünya əhalisinin 16 faizini onların təşkil edəcəyi gözlənilir. Texnologiya dünyasında doğulan Beta nəsli, süni intellektin və rəqəmsallaşmanın daha da irəli getməsinə imkan verəcək.

Beta nəslinin böyüyərkən hansı problemlərlə üzləşəcəyi və sonrakı illərdə necə şəxsiyyətlərə çevriləcəyi böyük maraq doğurur. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:269
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 01 Yanvar 2025 13:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see413

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see300

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see296

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see289

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see281

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see271

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see270

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see258

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see253

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see237

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see230

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see223

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see204

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see194

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see193

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see188

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see180

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see180

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see168

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri