Icma.az
close
up
RU
Onlar istiqlalçılar nəslinin varisləridirlər

Onlar istiqlalçılar nəslinin varisləridirlər

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

28 May Müstəqillik Günüdür

28 May 1918-ci ildə bütün Şərq dünyasının ilk demokratik cümhuriyyətini bizim babalarımızın yaratması çoxəsrlik tariximizin yeni və çox şərəfli səhifəsi oldu. Bu öyünclü tarixin 108-ci il dönümündə müsahiblərimiz AXC liderlərinin və onların silahdaşlarının varisləridir.

Məhəmməd Əmin Rəsulzadə “Bir kərə yüksələn bayraq bir daha enməz!” nidası ilə istiqlal ruhunu yaddaşlara həkk edən dahi şəxsiyyətdir.

Rais RƏSULZADƏ,
Məhəmməd Əmin Rəsulzadənin nəvəsi, Əməkdar rəssam:

– 1946-cı il noyabrın 1-də doğma yurddan uzaqda – Qazaxıstanın Taldı-Kurqan bölgəsində, sürgün günlərində dünyaya göz açmışam. Hələ 3 yaşım olanda anam Şölə xanımı itirdim. Sonradan anamın məzarını nə qədər axtarsam da, tapa bilmədim. Həyatı, ətrafımı dərk etməyə başladığım ilk andan sovet rejiminin Rəsulzadə soyadına, ailəmizə rəva gördüyü amansız əzabları, bitmək bilməyən təqibləri hər addımda hiss edərək böyüdüm.

Orta məktəb illərində mühitin bütün qorxularına rəğmən, çox vacib bir qərar verdim: nəyin bahasına olursa-olsun, Vətənə dönəcəyəm. Dövlət məmuru olmaq istəmirdim, amma çox gözəl anlayırdım ki, həmişə Azərbaycanın milli maraqlarını düşünməli, bu məqsədlə yaşamalıyam.

Məhəmməd Əmin Rəsulzadə 1949-cu ildə Milli Kültür Dərnəyi yaratmışdı. Həmin dərnəyin rəhbərləri Azərbaycana gəlib-gedirdilər. Mən Ankaraya getməyə can atırdım, amma imkanım yox idi. Elə oldu ki, bizi Rəssamlar İttifaqından İstanbula ezamiyyətə göndərdilər. Oraya getdiyim günün axşamı Ankaraya yollandım. Həmin dərnəyi tapdım, nümayəndələri ilə tanış oldum. Məni Rəsulzadənin dəfn olunduğu məzarlığa apardılar, babamın məzarı üstündə gözlərimdən yaş töküldü. Onunla xeyli söhbətləşdim. Qəlbimlə, göz yaşlarımla danışdım. Ona anamın qürbətdə itən məzarından, atamın çəkdiyi iztirablardan, sovet rejiminin bizə verdiyi əzablı günlərdən bəhs etdim. Dedim ki, baba, sən o uca bayrağı qaldıranda mən hələ bu dünyaya gəlməmişdim, amma o bayrağın kölgəsi bizi həmişə qoruyub.

Görkəmli yazıçı, ədəbiyyatşünas və diplomat Yusif Vəzir Çəmənzəminli son nəfəsinə qədər xalqına sədaqətlə xidmət etməyə çalışmış, əqidəsindən bir an belə dönməmişdir.

Leyla VƏZİROVA,
Yusif Vəzir Çəmənzəminlinin nəvəsi, professsor, filologiya elmləri doktoru:

– Yusif Vəzirin təxəllüsünün maraqlı tarixçəsi var. 1906-cı ildə Yusif Vəzirin atası Məşədi Mirbaba müəllim qəfildən vəfat edir. Bu ağır itkinin ardınca gənc Yusif amansız xəstəliyə düçar olur. Xəstəlik elə uzun çəkir, bədəni elə zəifləyir ki, artıq doğmaları onun yenidən ayağa qalxacağına, sağalacağına ümidlərini tamamilə üzürlər. Anası Seyid Əziz xanım gənc oğlunu ölümün pəncəsindən qurtarmaq üçün əlindən gələni edir, gecəni gündüzə qatıb çalışır. Lakin o çətin günlərdə qohum-əqrəba da bu ağır dərdli ocağa yaxın düşmürlər. Ailə böyük dərdi ilə tək-tənha, çarəsiz mübarizə aparırdı.

Çox keçmədən iş axtarmaq məqsədilə Cənubi Azərbaycandan Şuşaya üz tutan 3 qardaş onların ocağına pənah gətirir və ailənin ikimərtəbəli, geniş həyətli mülkünün alt mərtəbəsində onlar üçün yer ayrılır. Bu qərib qardaşlar ev sahiblərinin dərdinə şərik olub, canla-başla gənc Yusifin qulluğunda dururlar. Ümidsiz xəstəni ayağa qaldırmaq üçün böyük fədakarlıq göstərir, ona dayaq olurlar. Qardaşların son dərəcə səmimiyyəti və təmənnasız köməyi sayəsində gənc Yusif möcüzəvi şəkildə ölümün pəncəsindən qurtulur.

Həmin vaxt fitri istedadını hiss etməyə başlayan gənc Yusif bu qərib insanların təmənnasız yaxşılığı müqabilində qəlbində böyük minnətdarlıq hissi, vəfa andı yaşadır, öz-özünə söz verir ki, "əgər gələcəkdə məşhur insan, tanınmış yazıçı olsam, məni həyata qaytaran bu insanların İrandakı doğma kəndlərinin adını özümə təxəllüs götürəcəyəm". O qardaşlar isə İranın "Çəmənzəmin" kəndindən gəlmişdilər. Yusif Vəzir sonralar bütün ömrü boyu daşıyacağı və tarixə həkk edəcəyi "Çəmənzəminli" təxəllüsünü məhz dar gündə ona əl tutan qərib insanlara olan sonsuz minnətdarlığının və vəfadarlığının rəmzi olaraq seçmişdi.

Atam da, əmim də körpə ikən atalarını itirdiklərindən ürəklərindəki bu həsrət heç vaxt sönməmişdi. Yaşa dolub, saç-saqqalı ağarsa da, atalarını xatırlayanda uşaq kimi kövrələr, dərin fikrə dalardılar. Rəhmətlik nənəm, onun ömür-gün yoldaşı danışardı ki, bir də görərdin gecənin bir aləmində yuxudan oyanıb masanın arxasına keçdi. Bəzən də nənəmə deyərmiş ki, "yaxşı olar uşaqları götürüb bir neçə günlük anangilə gedəsən, mən bir az tam sakitlikdə qalıb yazı yazmalıyam".

Böyük yazıçının əsərlərini sovet senzurasının ən sərt dövrlərində qoruyub saxlamaqda babamın qayınanası Kiçikxanım Acalovanın misilsiz rolu olub. O qanlı-qadalı illərdə çox böyük cəsarət göstərərək Yusif Vəzirin əlyazmalarını gizlətmişdi. Bu gün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli 211 nömrəli Qərarı ilə Yusif Vəzir Çəmənzəminli Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilib.

Həyatda tək qayəm o uca adı qorumaq və onun təmizliyinə, şərəfinə əsla xələl gətirməməkdir.

Bolşevik zülmü Səməd bəy Mehmandarovun Azərbaycan sevgisini zərrə qədər də sarsıda bilməyib.

Mustafa MEHMANDAROV,
Mehmandarovlar nəslinin davamçısı, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin dirijoru:

– Atamın anası, əziz nənəm Leyla xanım Mehmandarova xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin ilk nikahından olan oğlu Ağa Sadıq bəyin nəvəsi, Zeynal bəyin qızı idi. Qürurla deyə bilərəm ki, kökü tarixin dərinliklərinə gedən bu böyük nəsildə yeganə peşəkar musiqiçi mən olmuşam.

Nəsil şəcərəmizin necə sınaqlardan keçdiyini göstərən elə maraqlı, elə heyrətamiz hadisələr var ki... XX əsrin əvvəllərində Rəşid bəy Mehmandarov Dövlət Bankının direktoru vəzifəsində çalışırdı. 1918-ci ilin qanlı-qadalı Mart hadisələri baş verəndə onlar Hacı Zeynalabdinin mülkündə – indiki Milli Tarix Muzeyinin binasında yaşayırdılar. Ailəmizin böyükləri balkondan öz gözləri ilə görüblər ki, Rəşid bəy üzərində rusca “Bank” yazılmış qapının ağzında təkbaşına dayanıb, ermənilər içəri girib dövlət xəzinəsini yarmasınlar deyə onlara qarşı son gülləsinə qədər vuruşmuşdu.

Bu nəslin böyükləri həm də milli dövlətçiliyimizin memarları olublar. Səməd bəy Mehmandarov dahi sərkərdə Əliağa Şıxlinski ilə bərabər Azərbaycanın Milli Ordusunu yaradan, ölkəni qoruyan dövlət xadimlərindən idilər. 1920-ci ilin aprel çevrilişindən sonra evdəkilər ölkədən qaçıb canını qurtarmağa hazırlaşanda Səməd bəy Biləcəri stansiyasında qatarı gözləməkdən imtina edərək, "Mən bu məqamda millətimi qoyub hara gedəcəyəm? Vətənim haradırsa, taleyim də oradadır!" deyib geri dönmüşdü. Çox keçmədən həm Əliağanı, həm də Səməd bəyi bolşeviklər həbs etdilər. Onları Moskvanın dəhşətli Butırka həbsxanasına apardılar, min bir əzab-əziyyət verdilər. Sonradan Nəriman Nərimanov onları xilas etdi.

Səməd bəy Mehmandarov dünyasını dəyişəndə bir çoxları onun güllələndiyini zənn edirdi, amma o, öz əcəli ilə rəhmətə getmiş, indiki Fəxri Xiyabanda dəfn olunmuşdu. Sonradan oranı xiyabana çevirəndə qəbirlərin köçürülməsi məsələsi ortaya çıxdı. Lakin həmin dövrdə bizim bütün nəsil sovet hökuməti tərəfindən "vətən xaini" elan olunduğu üçün kəşfiyyatçılar qəbrin başında pusqu qurmuşdular ki, Mehmandarovlardan kim gəlib qəbri köçürmək istəsə, onu dərhal həbs etsinlər. Qohumlar da can qorxusundan, həbs olunmaq vahiməsindən qəbrin ardınca gedə bilmədilər. Beləcə, dahi sərkərdənin məzarı itib getdi.

Səməd bəyin çar dövründə II Nikolayın şəxsən ona bağışladığı, qızıldan düzəldilmiş, üstü brilyant qaşlarla bəzədilmiş məşhur xəncəri, saysız-hesabsız mükafatları və ən əsası zəngin, nadir elmi kitabxanası var idi. Çox təəssüf ki, bolşevik ordusu hər şeyi talayıb apardı. Bu qorxu, bu damğa bizim ailənin üzərindən düz 1953-cü ilə – Stalinin ölümünə qədər əskik olmadı. Hətta , vaxtilə ailəmizi şəxsi mülklərindən, evlərindən vəhşicəsinə qovmuşdular.

Mən hər addımımda, hər hərəkətimdə çalışıram ki, əsla bir səhvə yol verməyim, babalarımın adına xələl gəlməsin.

Fidan ƏLİYEVA
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 27 May 2026 15:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see641

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see320

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see310

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see303

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see299

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see298

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see283

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see272

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see265

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see257

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see249

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see244

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see235

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see235

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see235

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see231

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see231

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see229

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see227

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see217
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri