Onlar bunu imtahanın çətin olması kimi qiymətləndirirlər Təhsil eksperti
525.az saytına istinadən Icma.az xəbər verir.
"Müşahidələr göstərir ki, ikinci cəhddə abituriyentlər həm psixoloji, həm də fiziki baxımdan daha çox yorulurlar. Bundan əlavə, bəzi namizədlər ilk cəhddə əldə etdikləri nəticəyə arxayın olduqları üçün ikinci imtahana əvvəlki qədər ciddi hazırlaşmırlar. Nəticədə, bəziləri ballarını cəmi bir-iki bal artıra bilir, hətta aşağı nəticə göstərənlər də olur".
Bunu təhsil eksperti Elçin Əfəndi 525.az-a bildirib. Ekspert qeyd edib ki, məqsədyönlü şəkildə hazırlaşan abituriyentlər arasında nəticəsini əhəmiyyətli dərəcədə yaxşılaşdıranlar da var:
"Əslində isə imtahan suallarının çətinlik səviyyəsi birinci cəhdlə müqayisədə ciddi şəkildə fərqlənmir. Sadəcə, ikinci cəhddə hazırlıq səviyyəsinin zəifləməsi və yorğunluq amili səbəbindən eyni səviyyəli suallar abituriyentlərə daha çətin görünür və onlar da bunu imtahanın çətin olması kimi qiymətləndirirlər".
Sevinc Qarayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 16 İyul 2026 14:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















