Onlar da TƏBİB də işdən çıxarıldı
Axsham.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) kadr dəyişiklikləri davam edir.
Axşam.az Bakupost-a istinadən xəbər verir ki, bununla bağlı TƏBİB-in İcraçı direktoru Anar Bayramov müvafiq əmrlər imzalayıb.
Əmrlərə əsasən, qurumun daha iki vəzifəli şəxsi ilə əmək münasibətlərinə xitam verilib.
İşdən çıxarılanlar TƏBİB-in Daxili nəzarət və monitorinq departamentinin rəhbəri Orxan Ənvərli və Həssas əhali qrupları ilə iş departamentinin Əlillik məsələləri üzrə iş şöbəsinin müdiri Şöhrət Soyziyevdir.
Qeyd edək ki, son günlər TƏBİB-də genişmiqyaslı kadr dəyişiklikləri aparılır. Bundan əvvəl İnsan resursları departamentinin rəhbəri Emin Xasıyev, İnzibati idarəetmə departamentinin rəhbəri Vasif Səfərov, Beynəlxalq əlaqələr departamentinin rəhbəri Fidan Mahmudova, İlkin səhiyyə xidməti departamentinin rəhbəri Rəşad Çobanlı, İnsan resursları departamentinin Təlim və effektivliyin qiymətləndirilməsi şöbəsinin müdiri Babək Tağızadə, İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin Daxili kommunikasiya şöbəsinin müdiri Könül Əhmədova işdən çıxarılmışdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 03 İyun 2026 11:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















