TƏBİB də daha 2 departament rəhbəri işdən çıxarıldı
Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) kadr dəyişiklikləri davam edir.
“Qafqazinfo” "Unikal"a istinadən xəbər verir ki, bununla bağlı TƏBİB-in İcraçı direktoru Anar Bayramov müvafiq əmrlər imzalayıb.
Əmrə əsasən, TƏBİB-in Beynəlxalq əlaqələr departamentinin yerində Beynəlxalq əlaqələr şöbəsi yaradılıb. Bayramov Atilla-Turan Nuru oğlu həmin şöbənin müdiri təyin edilib.
Müraciətlərlə iş departamenti isə İnzibati idarəetmə departamenti ilə birləşdirilib. Hüseynov İlham Həqiqət oğlu Müraciətlərlə iş departamentinin rəhbəri vəzifəsindən çıxarılıb. İnzibati idarəetmə və müraciətlərlə iş departamenti rəhbəri isə Bayramov Elvin Fikrət oğludur.
Eyni zamanda, Təlim və tədqiqatlar departamentinin rəhbəri Mirzəbəyli Teymur Adışirin oğlu vəzifəsindən azad edilib. Onun yerinə Əfəndiyeva Elza Rafiq qızı adıçəkilən departamentin rəhbəri təyin olunub.
Atilla-Turan Bayramov
Elza Əfəndiyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 17 Avqust 2026 16:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















