Icma.az
close
up
RU
“Onlar heç 7 nəfəri də küçəyə yığa bilməyəcəklər” Simonyan Koçaryan və Sarqsyanı “yıxıb sürüdü”

“Onlar heç 7 nəfəri də küçəyə yığa bilməyəcəklər” Simonyan Koçaryan və Sarqsyanı “yıxıb sürüdü”

Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Ermənistan parlamentində müxalifət yoxdur, amma müəyyən şəxslər var ki, növbəti çağırış parlamentində yer qazanmaq üçün başqa siyasi qüvvələr arasında özlərinə yer axtarırlar. Onlara heç kim qulaq asmır, onlar heç 7 nəfəri də küçəyə yığa bilməyəcəklər”.

“AzPolitika” xəbər verir ki, bunu erməni jurnalistlərlə söhbətində Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.

Simionyanın bunu deyərkən, keçmiş prezidentlər Serj Sarqsyan və Robert Koçaryanı, onların parlamentdəki təmsilçilərini nəzrədə tutduğu şübhə doğurmur. Simonyana görə, hətta küçədə onun fotosunun ətrafına daha çox adam toplaşar, nəinki parlamentdəki müxalifətin ətrafına: "Onlar siyasi meyitlərdir, müflisdirlər və deməyə sözləri yoxdur, gündəmləri yoxdur. Onların gündəmi hakimiyyətin gündəminin olmadığını deməkdir… Əgər bizim gündəmimiz səhvdirsə, onda onların hansı gündəmi var? Ermənistanda sülh gündəmindən başqa heç bir gündəm yoxdur".

Onun sözlərinə görə, son 4 ildə parlament müxalifəti heç vaxt növbədənkənar seçkilərin keçirilməsini tələb etməyib: "Siz nə vaxt müxalifət adlanan qurumun məsuliyyəti öz üzərinə götürməyə hazır olduğunu görmüsünüz? Əvvəlcə Vazgen Manukyanı, sonra isə Kanada vətəndaşı olan Baqrat Qalstanyanı gətirdilər".

Eyni zamanda o, parlamentdən kənar müxalifətin olduğuna əmindir. Simonyan bu qüvvələrin əksəriyyətinin qarşıdan gələn seçkilərdən sonra parlamentə düşəcəyinə ümid etdiyini bildirib.

Simonyan Rusiyanın adamı kimi tanınan milyarder Samvel Karapetyanın yaratdığı siyasi qüvvənin isə hakimiyyət üçün ciddi rəqib olmadığını deyib: "Orada heç bir siyasi qüvvə yoxdur. Sadəcə, bir varlı adam var ki, həbsxanaya düşüb. Onlar parlamentdən siyasi sığınacaq tapmağa çalışırlar, necə ki, onilliklərlə belə olub".

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:44
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 11 Sentyabr 2025 14:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see287

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see258

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see204

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see191

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see180

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see167

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see162

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see160

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see158

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see158

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see148

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see146

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see145

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see145

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see143

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see141

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see136

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri