Icma.az
close
up
RU
“Onlar içəri girəndə Vahid əmi keçindi, bu sürprizi görmədi” Əməkdar artistin qohumu FOTO+ÖZƏL

“Onlar içəri girəndə Vahid əmi keçindi, bu sürprizi görmədi” Əməkdar artistin qohumu FOTO+ÖZƏL

Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.

“Vahid əmi həm ürəyindən əməliyyat olunmuşdu, həm də ciyərlərində problemlər var idi. Uzun müddət idi müalicə alırdı. Ara-sıra xəstəxanada yatdı. Demək ki, qismətində 73 yaşında dünyadan köçmək də var imiş. Dünən günorta saatlarında gözlərini əbədi olaraq bu dünyaya yumdu. Jurnalistlər gəlmişdilər ki, ona sürpriz etsinlər. Vahid müəllimin həyatının müxtəlif illərini özündə əks etdirən portret də gətirmişdilər. Elə qapıdan yeni içəri girmişdilər ki, Vahid əmi onlara baxdı və gözlərini yumdu. Bundan böyük acı yoxdur. Nə onların gətirdiyi portreti gördülər, nə də suallara cavab verdi”.

Bunu Moderator.az-a açıqlamasında mərhum müğənni Rüfət Mehdiyevin qızı Zemfira Mehdiyeva deyib.

O bildirib ki, dünyasını dəyişən əməkdar artist xalasının həyat yoldaşıdır:

“Vahid müəllim ola bilər ki, efirlərdə emosional olsun, amma o qədər gözəl ürəyi var idi ki. Onun  qədər mehriban insanlar həyatda çox azdır. Jurnalistlər bilirdilər ki, səhhəti pisdir, ona görə gəlmişdilər. Biz gözümüzü açandan onu ailəmizin başında, evimizdə görmüşük. Hər zaman da bizə gözəl məsləhətlər verib. Atamla da münasibəti çox yaxşı idi. Saatlarla söhbət edərdi, gözəl məsləhətlər verərdilər. Mənim anamgil 5 bacı olublar, qardaşları olmayıb. Vahid əmi də ən böyük xalamın həyat yoldaşı idi. Həmişə də bizə deyirdi ki, “sənin xalan mənimlə ailə həyatı quranda bacıları balaca idi, mən onlara qardaş olmuşam”. Onun haqda keçmiş zamanda danışmaq çox çətindir” deyə sənətkarın qohumu bildirib.

Qeyd edək ki, əməkdar artist bu saat 13:00-da Badamdar qəbirstanlığında dəfn ediləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:48
embedMənbə:https://moderator.az
archiveBu xəbər 07 Noyabr 2025 09:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AzTV sədrinin əcəl, yoxsa dirçəliş zəngi? Helikopter arzusu və 6 7 minlik qonorar...

06 Noyabr 2025 08:35see290

Şəbnəmin fanatına etdiyi hərəkət qınandı VİDEO

05 Noyabr 2025 22:09see212

Bu il Şahdəniz yatağından qaz və kondensat hasilatı sabit qalıb

06 Noyabr 2025 14:50see207

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see205

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see197

İbrahim Kalın HAMAS la Qəzzada atəşkəsi müzakirə edib

06 Noyabr 2025 06:01see145

Necə rahat oynadığımızı gördünüz? “Qarabağ”ın prezidenti

06 Noyabr 2025 01:16see138

“Qalatasaray”dan qələbə, “Barselona” xal itirdi Çempionlar Liqası

06 Noyabr 2025 02:45see138

“Brügge” “Barselona” ilə oyunda hesabda 3 dəfə irəli çıxsa da, qələbə qazana bilməyib VİDEO

06 Noyabr 2025 02:26see138

“İsrail dayanmayacaq” Katzdan SƏRT XƏBƏRDARLIQ KONKRET

05 Noyabr 2025 17:59see136

Kadi Borgesin “Çelsi” ilə oyunda aldığı zədəsi ciddi ola bilər

06 Noyabr 2025 01:11see135

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see132

TƏBİB də tabeli tibb müəssisələrinin fəaliyyəti ilə bağlı müzakirələr aparılıb

05 Noyabr 2025 18:44see131

Paramount antisemit aktyorların qara siyahısını tərtib etdi

06 Noyabr 2025 07:01see131

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see127

“Belə bir fikir olsa, dəstəkləyərəm” Video

06 Noyabr 2025 01:58see125

Noyabr ayında bu bürcləri xoş sürprizlər gözləyir

06 Noyabr 2025 11:45see125

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see124

“Qarabağ”da məcburi əvəzlənmə: Kadi Borges zədələndi

05 Noyabr 2025 22:23see121

Saatda 140 la gedən maşında intim əlaqədə oldular

06 Noyabr 2025 02:32see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri