Icma.az
close
up
RU
Tərtərdə repetitorun əri hazırlığa gələn 13 yaşlı qıza əxlaqsız hərəkətlər edib: Ağır cəza verildi

Tərtərdə repetitorun əri hazırlığa gələn 13 yaşlı qıza əxlaqsız hərəkətlər edib: Ağır cəza verildi

Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Tərtərdə repetitor yanına gedən 13 yaşlı yeniyetmə qadın müəllimin həyat yoldaşı tərəfindən seksual xarakterli zorakılıq hərəkətlərinə məruz qalıb.

Moderator.az "Teleqraf"a istinadən xəbər verir ki, hadisə ötən ilin dekabr ayında baş versə də, cinayət işi üzrə hökm ötən həftə elan olunub.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Araz Bədirov (ad və soyad şərtidir) 16 il müddətinə azadlıqdan məhrum edilib. Bundan başqa, o, iki il müddətinə övladlarını tərbiyə etmək hüququndan da məhrum olunub.

Cinayət hadisəsinə gəlincə, zərərçəkmiş Nigar Həmzəyeva xalası qızı Gülnarı repetitor müəllim Aybəniz Bədirovanın (ad-soyadlar şərtidir) yanına hazırlığa aparıb. Dərs zamanı Nigar divanda əyləşərək gözləyib. Bu zaman 48 yaşlı Araz Bədirov divanda oturan yeniyetməyə qarşı əxlaqsız hərəkətlər edib.

Hazırlıq müəllimi dərslə məşğul olduğu üçün baş verənlərdən xəbərsiz olub. Hadisədən sonra Nigar dərhal müəllimdən icazə alaraq xalası qızı ilə birlikdə evi tərk edib. Evə çatan kimi başına gələnləri xalası və nənəsinə danışıb.

Nigarın ailə üzvləri hadisədən sonra təqsirləndirilən şəxsin yaşadığı evə yollansalar da, onu tapa bilməyiblər. Bundan sonra dərhal polisə müraciət olunub.

Zərərçəkmişin nənəsi ifadəsində bildirib:

"Amil öz qohumlarını evimizə göndərdi. Diz çöküb yalvardılar, pul da təklif etdilər ki, şikayətçi olmayaq".

Qeyd edək ki, zərərçəkmiş Nigar Həmzəyeva 5-ci sinif şagirdi olub. Valideynləri ayrıldığından bir müddət nənəsinin himayəsində yaşayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:100
embedMənbə:https://moderator.az
archiveBu xəbər 23 Dekabr 2025 08:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see192

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see162

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see159

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see149

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see148

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see144

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see141

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see141

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see139

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see138

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see134

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see133

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see130

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see130

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see130

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see129

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see127

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see125

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri