Icma.az
close
up
RU
Onlar öz doğma yurdlarına qayıdaraq orada əbədi məskunlaşırlar MÖVQE BİLDİRİLDİ

Onlar öz doğma yurdlarına qayıdaraq orada əbədi məskunlaşırlar MÖVQE BİLDİRİLDİ

Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Bu gün Azərbaycan dövləti öz iqtisadi imkanları hesabına işğaldan azad olunmuş ərazilərdə sıfırdan quruculuq işləri həyata keçirir". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Sahil Kərimli deyib.

O bildirib ki, bu layihələr böyük meqa layihələr çərçivəsində aparılır: "Ərazilərin çoxu işğal dövründə vəhşicəsinə dağıdılıb, tamamilə yerlə-yeksan olunub. Xüsusilə Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan kimi rayonlarda şəhərlər, kəndlər, qəsəbələr və yaşayış obyektləri tamamilə məhv edildiyindən orada hər şey yenidən, sıfırdan inşa olunur.

Bu istiqamətdə həm yaşayış evləri, həm də sosial obyektlər – məktəblər, uşaq bağçaları, iş yerləri, zavod və fabriklər tikilir. Paralel olaraq çoxsaylı körpülər, tunellər və strateji obyektlər də istifadəyə verilir. Bu, Azərbaycanın iqtisadi və siyasi gücünü, dövlətin iradəsini bütün dünyaya nümayiş etdirir. Eyni zamanda “Böyük Qayıdış” prosesi də uğurla davam edir. Yeni salınmış şəhər, kənd və qəsəbələrə hər gün yeni sakinlər – keçmiş məcburi köçkünlər köçürülür. Onlar öz doğma yurdlarına qayıdaraq orada əbədi məskunlaşırlar.

Məlum olduğu kimi, son 5 ildə bu ərazilərdə artıq 3 beynəlxalq hava limanı istifadəyə verilib. Tikilən digər iri infrastruktur obyektləri ilə birlikdə azad olunmuş torpaqlar əsl cənnətə çevrilir. Bu proseslər Prezident İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın bilavasitə nəzarəti və qayğısı ilə həyata keçirilir. Onlar tez-tez bu bölgələrə səfər edir, tikinti və bərpa işlərinin gedişi ilə yerində tanış olurlar.

Xüsusilə qeyd edilməlidir ki, işğal zamanı ermənilər Azərbaycana məxsus tarixi abidələri və məscidləri dağıdıblar. Azərbaycan dövləti bu məsələdə də xoş məram nümayiş etdirir və həmin tarixi-mədəni irsin bərpası ilə ciddi şəkildə məşğul olur. Bu sahədə Heydər Əliyev Fondunun və onun prezidenti Mehriban xanım Əliyevanın xüsusi rolu var. Onun təşəbbüsü və dəstəyi ilə dağıdılmış tarixi abidələrin bərpası həyata keçirilir. Təbiidir ki, qarşıdakı illərdə də dövlətin müəyyənləşdirdiyi hədəflər istiqamətində bərpa və quruculuq işləri davam edəcək və daha çox sayda keçmiş məcburi köçkünün doğma torpaqlarına qayıdışının şahidi olacağıq".

Müəllif: Günel Fərzəliyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://sia.az
archiveBu xəbər 04 Avqust 2025 14:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see169

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see154

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see153

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see149

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see139

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see137

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see131

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see131

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see127

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see126

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri