Icma.az
close
up
RU
Onlar Paşinyanı devirməyə cəhd edə bilərlər Deputat

Onlar Paşinyanı devirməyə cəhd edə bilərlər Deputat

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının "Əl-Ərəbiyyə" telekanalına müsahibəsində qeyd edib ki, rusların Ermənistanda hərbi bazası və bir neçə min nəfərdən ibarət hərbi heyəti var. Eyni zamanda, Ermənistanın İran və Türkiyə ilə sərhədi Rusiya sərhədçiləri tərəfindən qorunur. Azərbaycan torpağında isə bir nəfər də rus əsgəri yoxdur:
“Beləliklə, Ermənistanda nə baş verə bilər, mən bunu bilmirəm. Lakin mən bu mənfi ssenari haqqında düşünmək istəmirəm”.
Bu fikirləri şərh edən millət vəkili Azər Allahverənov Demokrat.az-a açıqlamasında bildirdi ki, Prezidentin bu fikirlərində hər hansı mənfi ssenarilərin baş verə biləcəyinə dəlalət edən məqamlar var:
“Prezident Ermənistanda Rusiya qüvvələrinin olmasına toxunarkən onu bildirdi ki, bu fakt Paşinyan üçün əlavə baş ağrısına səbəb ola bilər. Ermənistanın siyasi mühitində müəyyən qüvvələr var, onlar Rusiyaya bağlı qüvvələrdir. Xüsusən müxalifət düşərgəsində Rusiya tərəfindən dəstəklənən mərkəzləri görürük. Gələcəkdə bu mərkəzlər tandem şəklində Paşinyan əleyhinə təxribatlara da əl ata bilərlər, devirməyə cəhd edə bilərlər.
İstisna deyil ki, Baqrat Qalstanyan hərəkatına oxşar yeni hərəkatlar üçün şərait yarana bilər. Bu da kənardan idarə edilən "5-ci kolon" və yaxud proksi qüvvələr tərəfindən həyata keçirilə bilər. Bunlar xoşagəlməz ssenarilərdir ki, hamısı Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasına mane ola bilər.
Düşünürəm ki, mövcud siyasi vəziyyət aidiyyəti üzrə dəyərləndirilir. O qüvvələr ki, bölgədə sülhün əldə olunmasında maraqlıdırlar, onlar bu riskləri nəzərə alaraq təsir imkanlarını məhdudlaşdırmaq üçün addımlar atacaqlar. Hansı qüvvələr ki, bu risklərin daha da güclü olmasında maraqlıdırlar, onlar çalışacaqlar ya Paşinyanı devirsinlər, ya da Paşinyan onların maraqlarına uyğun hərəkət etsin”.
Cavidan Mirzəzadə
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 28 Avqust 2025 17:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see903

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see361

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see321

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see308

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see285

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see275

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see239

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see237

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see219

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see207

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see207

Nəfəsin bu görüntüsü tənqid edildi (Video)

12 Oktyabr 2026 17:18see204

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see204

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see204

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see197

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see191

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see191

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see191

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see178

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri