Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

Azərbaycanlı deputat Paşinyanı ALQIŞLADI

Azərbaycanlı deputat Paşinyanı ALQIŞLADI

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ermənistanda hakimiyyət-kilsə arasındakı gərginlik daha da artıb. Baş nazir Nikol Paşinyanın hökuməti təhdid edən din xadimlərini zərərəsizləşdirməsi istiqamətində atdığı addımlar yerli cəmiyyətdə və beynəlxalq aləmdə geniş müzakirələrə səbəb olub.
“Gözlənilən idi ki, Ermənistanda Baş nazir Nikol Paşinyanın hökuməti ilə erməni kilsəsi arasındakı seçkiqabağı gərginlik gələcəkdə daha da dərinləşəcək”.

Bu fikirləri Milli Məclisin deputatı Ceyhun Məmmədov Modern.az-a açıqlamasında bildirib.

Deputat qeyd edib ki, əslində əvvəlcədən bəlli idi ki, Ermənistanda Paşinyan hökuməti ilə erməni kilsəsi arasında mövcud olan bu gərginliyin daha da artma ehtimalı yüksəkdir. Onun sözlərinə görə, bu baxımdan, Paşinyanın əsas məqsədi Ermənistan kilsəsinin ölkənin siyasi proseslərinə müdaxiləsinin qarşısını almaq olmalıdır:

“Təəssüf ki, uzun illərdir erməni kilsəsi Ermənistanın siyasi həyatına, Qarabağ məsələsinə və dövlətlərarası münasibətlərə ciddi təsir göstərən bir struktur kimi çıxış edib. Xüsusilə də Azərbaycan və Ermənistan xalqları arasında ədavətin qızışdırılmasında bu qurumun birbaşa və açıq rolu müşahidə olunub. Təbii ki, bu cür fəaliyyətlər seçki proseslərinə də müəyyən dərəcədə təsirsiz ötüşmür”.

Millət vəkili vurğulayıb ki, Paşinyan olduqca düzgün addımlar atır: 

“Belə bir qərar çoxdan verilməli idi. Kilsənin düşmənçilik, nifrət və təxribat xarakterli təbliğatına son qoyulmalı, bu cür fəaliyyətlərə qarşı qətiyyətli mövqe ortaya qoyulmalı idi. Biz artıq bu istiqamətdə atılan real addımları və prosesin uğurla həyata keçirildiyini müşahidə edirik”.

C. Məmmədov əlavə edib ki, baş verən hadisələr də göstərir ki, bu sahədə konkret və effektiv tədbirlər görülür, eyni zamanda bu addımlar gələcəkdə də davam etdiriləcək. Çünki kilsənin siyasi proseslərə təsiri minimuma endirilməli, onun qızışdırıcı fəaliyyətinə isə tamamilə son qoyulmalıdır:

“Bu tədbirlər görülmədən Ermənistan daxilində ciddi bir dəyişikliyin baş verməsi mümkün deyil. Bu səbəbdən, Paşinyanın bu addımlarının seçkilərdə onun səs toplamasına əhəmiyyətli dərəcədə mənfi təsir göstərəcəyini düşünmürəm”.

Deputat onu da vurğulayıb ki, bu cür təşəbbüslər Azərbaycanın da iştirak etdiyi regional sülh prosesinə yalnız müsbət təsir göstərə bilər:

“Yəni, kilsənin siyasi proseslərə müdaxiləsi, bu prosesləri manipulyasiya etməsi və yönləndirməsi qəti şəkildə dayandırılmalıdır. Bu istiqamətdə aparılan islahatlar davam etməlidir. Əks halda, real nəticələr əldə etmək mümkün olmayacaq”.

Millət vəkilinin fikrincə, bu istiqamətdə irəliləmək hansısa ciddi risk daşımır:

“Əksinə, kilsənin bu formada təsir imkanlarının məhdudlaşdırılması Ermənistan cəmiyyətinin gələcəyi, xalqın rifahı, eləcə də Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması baxımından olduqca vacib və əhəmiyyətlidir”.

Deputat son olaraq bildirib ki, biz bu addımları təqdir etməli, onların həyata keçirilməsi üçün ciddi səylər göstərməli və belə təşəbbüsləri dəstəkləməliyik. Kilsənin isə bu tip fəaliyyəti maksimum dərəcədə məhdudlaşdırılmalı və tamamilə dayandırılmalıdır.
 

Aytac Bəhruzqızı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://modern.az
archiveBu xəbər 30 İyun 2025 14:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see464

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see433

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see307

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see304

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see258

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see247

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see241

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see236

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see230

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see224

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see216

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see214

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see213

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see212

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see210

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see201

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see198

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see195

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see193

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri