Icma.az
close
up
RU
Onlar Qarabağa gedir: əbədi qarabağlı olmaq üçün Qalib İbrahimoğlu yazır

Onlar Qarabağa gedir: əbədi qarabağlı olmaq üçün Qalib İbrahimoğlu yazır

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

Onlar Qarabağda doğulmayıblar. Körpəlikləri, uşaqlıqları başqa şəhər və rayonlarda keçib. Doğma yurdun adını valideynlərindən, nənə-babalarından eşidib böyüyüblər. İndi isə Qarabağa qayıdırlar. Heç vaxt görmədikləri Qarabağa. Əbədi qarabağlı olacaqları Qarabağa...

İşğaldan azad edilmiş ərazilərə Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Böyük Qayıdış prosesi davam etdirilir.

"Bu mərhələdə Xankəndi şəhərinə 12 ailə köçürülüb". "Ağdama daha 300 nəfər döndü". "Növbəti köç: Bu dəfə Şuşaya..."

"Doğma yurdlarına qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə təşəkkür edib, bu yolda canlarından keçən şəhidlərimizə Allahdan rəhmət diləyiblər".

Hər dəfə belə xəbərləri çatdıranda qürur quyuruq. Torpaqlarımızın azadlığı üçün canından keçən şəhidlərimizlə, Ali Baş Komandanımızla, sağlamlıqlarını torpaqlarımız üçün itirən qazilərimizlə, daim ayıq-sayıq olan Ordumuzla... Azərbaycanımızla qürur duyuruq, azərbaycanlı olduğumuzla qürur duyuruq...

Onlar Qarabağa gedirlər. Doğulmadıqları, üzünü görmədikləri, bir dəfə də olsun ayaq basmadıqları Qarabağa. Əbədi qarabağlı olmaq üçün gedirlər...

Bu qayıdışı təkcə bir ailənin yaşayış yerini dəyişməsi kimi qələmə verməyək. Bu, illərlə həsrətində qaldıqları doğma torpağa dönüşün yeni nəslə ötürülməsidir.

Qarabağa qayıdan ailələrin arasında hər dəfə körpələr və uşaqları görəndə sevinirsən. Müharibənin ağrılarını, doğma yurdun işğal illərini öz gözləri ilə görməyən bu uşaqların, körpələrin ailə tarixində Qarabağın xüsusi yeri var. Nənə-baba xatirələrindən, ata-ana söhbətlərindən, ailə albomlarından, kitablardan, filmlərdən eşidib gördükləri torpağı indi öz gözləri ilə görəcəklər. 

Onlar Qarabağı görəcəklər, Qarabağı qarış-qarış gəzəcəklər, Qarabağda oxuyacaqlar, Qarabağda yeni dostlar qazanacaqlar, uşaqlıqlarını, gəncliklərini Qarabağda yaşayacaqlar, əbədi qarabağlı olaraq Qarabağı qoruyacaqlar.

"Böyük Qayıdış" keçmişin yaralarına sağaldır, eyni zamanda gələcəyi qurur. Qurulan yaşayış məntəqələrində isə həm də yeni nəsil formalaşır. 
Ən böyük fərq də elə budur: indi Qarabağa köçən bu körpələr, uşaqların Qarabagla bağlı xatirələri təkcə valideynlərindən, nənə-babalarından eşitdiklərindən, kitablarda oxuduqlarından, filmlərdə gördüklərindən ibarət olmayacaq. Onlar özləri xatirə yaradacaq – baxçaya, məktəbə getdikləri yollar, oynadıqları məhlələr, dostları, ailələri ilə keçirdikləri günlər...

Valideynlərinin illərlə göz yaşı içində danışdığı doğma yurd indi bu uşaqların həyatının bir hissəsi olacaq. 

Onlar Qarabağa gedirlər. Doğulmadıqları, heç vaxt görmədikləri Qarabağa. Qarabağda böyüyərək bu bağlılığı daha da möhkəmləndirəcəklər. Qarabağ onların gələcəyi olacaq.

Onlar Qarabağa gedirlər. Əbədi qarabağlı olmaq üçün...

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 24 Avqust 2026 11:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see392

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see368

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see365

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see283

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see273

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see272

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see271

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see263

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see255

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see254

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see240

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see233

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see231

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see230

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see229

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see228

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see227

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see226

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see222

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri