Icma.az
close
up
RU
Onlar Yeni ili harada qarşılayacaq? SORĞU

Onlar Yeni ili harada qarşılayacaq? SORĞU

Icma.az bildirir, Gununsesi saytına əsaslanaraq.

Məlum olduğu kimi, insanlar adətən, bayram günlərini fərqli qeyd etməyə çalışır.

Bu fərqliliyin içində həm də başqa yerlərə səyahət etmək dayanır.

Maraqlıdır, məşhurlar, ictimai-siyasi fəaliyyətlə məşğul olan adamlar necə, onlar 2025-ci ili harada, nə cür keçirməyi planlayırlar?

Gununsesi.info ictimai-siyasi adamlar arasında keçirtdiyi “2025-ci ili necə və harada qarşılayacaqsınız?” sorğusunun cavablarını təqdim edir:

Deputat Elnarə Akimova bildirir ki, o, bu il də Yeni ili Sumqayıtda, ailəsi ilə birlikdə keçirəcək:

“Xüsusi heç bir planım yoxdur. Demək olar, hər il evimdə, ailəmlə qarşılamışam, bu il də bu cür sadə olacaq”

O cümlədən deputat Vüqar İskəndərov deyir ki, “Hər il Yeni ili ailəmlə, deputat seçildiyim Şəki şəhərində keçirirəm”:

“Həmin gün həm də mənim doğum günümdür, demək, bizim üçün ikiqat bayram olur. Xaricə isə səfər planım yoxdur. Yeri gəlmişkən, fürsətdən istifadə edərək baş redaktorunuz başda olmaqla, redaksiya heyyətinizin də bayramını təbrik edirəm”

Mətbuat Şurasının sədri Rəşad Məcid isə bu cür deyib:

“Xaricə getmək fikrim yoxdur, ailə ilə keçirəcəyik. Hava yaxşı olsa, 31-i gecə dəniz qırağına çıxacayıq, atəşfəşanlığa baxacayıq. Bayram günlərində anama baş çəkəcəyik.”

Xalq artisti Faiq Ağayev isə deyir ki, hər il olduğu kimi, bu ildə bayramı səhnədə qarşılayacaq:

“Səhnədə olduğum gündən buyana necə olubsa, elə də olacaq. Yəni, yenə də səhnədə keçirəcəm. Yeri gəlmişkən, bu il heç vaxt olmadığım Basqalda olacam bayram axşamı. Artıq adətimdir, birinci gedib anamla qeyd edirəm, sonra da səhnəyə yola düşürəm”

O cümlədən sorğuda iştirak edən yazıçıların da bir neçəsi eyni cavabı verib:

Belə ki, Şəhriyar Del Gerani, Şərif Ağayar hər il olduğu kimi bu ildə heç yerə getməyəcəklərini, bayramı evdə, ailə, dostlarla qeyd edəcəklərini vurğulayıblar.

Orxan Saffari

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 14 Dekabr 2024 10:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see340

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see325

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see319

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see318

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see290

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see289

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see284

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see276

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see258

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see251

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see249

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see241

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see240

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see236

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see230

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see210

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see199

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see190

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see182

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri