Icma.az
close
up
RU
“Onlar zəhərlənmə yarada bilər” HƏKİM DETALLARI AÇIQLADI

“Onlar zəhərlənmə yarada bilər” HƏKİM DETALLARI AÇIQLADI

Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Xərçəngin yaranması birinci növbədə stress faktorudur. Yəni bütün xərçəng formaları və digər xəstəliklər stressin təsiri nəticəsində yaranır. İnsanlar bir növ bu gərginliyə, stress faktoruna dözə bilmirlər və hansısa bir orqanda bu başlanğıc olaraq başlayır. İkinci faktor isə qidanın keyfiyyətsiz olmasıdır. Azərbaycan şəraitində qidalar çox təəssüflər olsun ki, xeyli dərəcədə keyfiyyətsizdir. İstər ət, istərsə də digər qida vasitələri buna aiddir. Hətta bəzi yerlərdə vaxtı keçmiş ərzaqların, vaxtını dəyişib yenisi ilə əvəz edib satırlar. Bu barədə respublikamızda bir çox problemlər var. Digər bir faktor isə suyun lazımi səviyyədə keyfiyyətli olmamasıdır. Aydın məsələdir ki, insanlar susuz yaşaya bilməzlər. Respublikada suyun keyfiyyətində müəyyən qədər problemlər varsa, bu da insanların sağlam yaşamamasına təsir göstərir”. Bu sözləri Fitoteropevt Fuad Mahmudov SİA-ya açıqlamasında deyib.

Onun sözlərinə görə, 90% hallarda xərçəng xəstəliyi tam müalicə olunmur desək, daha düzgün olar. Bəzi formalar var ki, ilkin başlanğıc vəziyyətdə müalicə etmək olur. Amma gecikmiş vəziyyətdə olanda müalicə ilə məşğul olmaq çox ağır olur. Süd vəzisinin xərçəngi, prostat vəzisinin xərçəngi, qalxanabənzər vəzin xərçəngi, bu üç halda ilkin vəziyyətdə yaxşı nəticələr əldə etmək olur. Digər xərçəng növlərində, xüsusilə yoğun bağırsağın xərçəngini müalicə etmək dəhşətli dərəcədə çətin bir şeydir. Yoğun bağırsaq xərçəngini müalicə etmək üçün ilk növbədə strilellilik yaratmaq lazımdır. Orada da strillelik yaratmaq mümkün deyil. Çünki ora infeksiya mənbəyidir. Ona görə həmin nahiyyədə xərçəngin müalicəsi həddən artıq çox çətin olur.

Fitoteropevt həmçinin bildirib ki, digər xərçəng növlərinin də çox çətin müalicəsi olur: “Ağciyər xərçəngi, qaraciyər xərçəngi gecikmiş formada müalicəsi çətinləşir.

Təbii üsullardan istifadə etməklərini deyə bilərəm. Çünki müasir üsulları hamı bilir. Kimyaterapiya, şüa terapiya bunlara uyğun yeni preparatlardan istifadə etmək lazımdır. Ancaq mən “Seta terapiya” ilə məşğul olduğum üçün təbii yollarla üsullarını deyə bilərəm. Məsələn, hər hansı bir xərçəng növündə mütləq “at pıtrağı” kökündən, “zəncirotu” kökündən, “dəmrovotu”ndan, “gülümbahar”dan, “ayrıqotu” kökündən istifadə müəyyən qədər effekt verir.

Xərçəngin gecikmiş formalarında yaraların sağalması üçün məsləhət görürəm ki, “bağayarpağı”ndan istifadə olunsun.

“Biyan kökü”ndən, “çobanyastığı”ndan istifadə yarasağaldıcı, bərpaedici xüsusiyyətə malikdir. Ümumiyyətlə, bu bitkilərin birindən istifadə etməklə qənaətlənmək olmaz. Bunlardan ağıllı şəkildə istifadə edilməli və xəstəyə tətbiq edilməlidir. Müəyyən bitkilər var ki, onların dozalarını kor-koranə istifadə etmək olmaz. Onlar zəhərlənmə yarada bilər. Hər şey mütəxəssislə məsləhət olunmalı və istifadə edilməlidir”.

Eyni zamanda o bildirib ki, nəinki xərçəng xəstəliyi bir çox xəstəliklər turş mühitdə inkişaf edir və geniş artıma imkan tapır: “Ən birincisi də xərçəngdir. Xərçəng xəstəliyindən qorunma üsulu olaraq gündə iki dəfə, səhər-axşam olmaqla adi mətbəx sodasından istifadə etmək lazımdır. Çünki mətbəx sodası orqanizmdə qələvi mühit yaradır. Qələvi mühitlə turş mühit birləşəndə neytral mühit yaranır. Həmin mühitdə xərçəng xəstəliyi inkişaf edə bilmir. Ümumiyyətlə, bir çox xəstəliklər neytral mühitdə inkişaf edə bilmirlər, əksinə onların törədiciləri ölürlər.

Bu qoruyucu çətir təsiri bağışlayır. Bundan güclü addım yoxdur. Bundan başqa, bitki mənşəli qidalardan da istifadə olunmalıdır”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:257
embedMənbə:https://sia.az
archiveBu xəbər 24 Fevral 2025 16:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see323

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see314

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see304

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see288

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see284

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see263

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see256

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see246

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see244

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see224

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see223

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see223

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see222

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see221

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see212

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see209

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see208

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see193

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see176

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri