Icma.az
close
up
RU
Onlara 5 gün əlavə məzuniyyət verilir

Onlara 5 gün əlavə məzuniyyət verilir

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Azərbaycanda bir sıra kateqoriyalara aid işçilər əsas əmək məzuniyyətindən əlavə olaraq əlavə məzuniyyət hüququna malikdirlər. Belə ki, bu hüquq əmək şəraiti, əmək funksiyasının xüsusiyyətləri, əmək stajı və ailə vəziyyəti nəzərə alınmaqla müəyyən edilir.

Modern.az-ın məlumatına görə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən əmək şəraiti zərərli və ağır olan, yeraltı işlərdə çalışan, eləcə də əmək funksiyası yüksək həssaslıq, həyəcan, zehni və fiziki gərginlik tələb edən işçilərə 6 təqvim günündən az olmayaraq əlavə məzuniyyət verilir. Əlavə məzuniyyət hüququ yaradan istehsalatların, peşə və vəzifələrin siyahısı müvafiq qaydada təsdiqlənir.

Əmək stajına görə də işçilər əlavə məzuniyyət hüququ qazanırlar. Belə ki, işçinin işəgötürənlə bağladığı əmək müqaviləsi əsasında faktiki işlədiyi müddət 5 ildən 10 ilədək olduqda ona 2 təqvim günü, 10 ildən 15 ilədək olduqda 4 təqvim günü, 15 ildən çox olduqda isə 6 təqvim günü əlavə məzuniyyət verilir.

Bundan başqa, işğaldan azad edilmiş ərazilərdə çalışan mütəxəssislərə Əmək Məcəlləsinin 21-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla əsas və əlavə məzuniyyətlərin müddətindən asılı olmayaraq əlavə 5 təqvim günü məzuniyyət verilir.

Qanunvericilikdə uşaqlı qadınlar üçün də əlavə məzuniyyət hüququ müəyyən edilib. Belə ki, 14 yaşınadək iki uşağı olan qadınlara 2 təqvim günü, 14 yaşınadək üç və daha çox uşağı olan və ya əlilliyi olan uşağı olan qadınlara isə 5 təqvim günü əlavə məzuniyyət verilir.

Məlumat üçün bildirək ki, bu hüquq uşaqlarını təkbaşına böyüdən atalara, həmçinin uşaqları övladlığa götürmüş şəxslərə də şamil olunur. Onlar da qanunvericiliklə nəzərdə tutulan əlavə məzuniyyətdən istifadə edə bilərlər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:141
embedMənbə:https://modern.az
archiveBu xəbər 23 İyun 2026 12:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see530

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see287

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see280

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see276

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see269

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see268

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see262

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see255

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see237

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see234

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see234

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see230

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see221

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see220

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see220

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see213

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see211

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see210

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see208

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri