Onlara da avtobus zolaqlarından istifadə hüququ verilsin Deputat
Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ödənişli parklanma yerlərində sığorta mexanizminin tətbiq edilməməsi müəyyən neqativ hallara səbəb olur.
Ölkə.az xəbər verir ki, bunu deputat Vasif Qafarov parlametin bugünkü plenar iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, əsas problem parklanma üçün ödəniş edildiyi halda, orada nə vaxtsa avtomobilə dəyən zərərə görə heç bir təminat verilmir:
“Ödənişli park yerində saxlanılan avtomobilə başqa şəxs və ya nəqliyyat vasitəsi zərər vurduqda, yaxud güclü külək nəticəsində ağacın avtomobilin üzərinə aşması kimi hallarda parklanma xidməti ödənişli olmasına baxmayaraq, yenə də zərərin ödənilməsi avtomobil sahibinin üzərinə düşür. Bu da həm istehlakçı hüquqlarının pozulmasına, həm də göstərilən xidmətin mahiyyətinin formaldan kənara çıxmasına səbəb olur. Bu kimi vəziyyətdə vətəndaşın ödədiyi xidmət haqqının mahiyyətinə uyğun təminat ala bilməməsi ilə nəticələnir, sığorta mexanizminin tətbiqini daha da zəruri edir”.
Deputat əlavə edib ki, mövcud vəziyyət həm sosial narazılıq yaradır, həm də ödənişli parklanma sisteminə olan ictimai etimadı zəiflədir:
“Hesab edirəm ki, qanunvericilikdə müvafiq dəqiqləşmələr aparılmalı və parklanma xidmətlərində sığorta məsuliyyəti aydın şəkildə müəyyən olunmalıdır. Təklif edirəm ki, ödənişli parklanma xidmətləri üzrə avtomobillərin təhlükəsizliyinə dair məsuliyyət qanunvericilikdə aydın şəkildə təsbit edilsin. Həmçinin, parklanma haqqına minimal sığorta komponenti inteqrasiya edilsin və sürücülərlə bağlanan parklanma müqavilələrinə sığorta şərtləri açıq şəkildə daxil edilsin”.
Deputat həmçinin Bakıda rəsmi qeydiyyatı olan taksilərə avtobus zolaqlarından istifadə hüququnun verilməsini də təklif edib.
Mürtəza
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 26 Dekabr 2025 13:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















