Icma.az
close
up
RU
Avtobus zolaqlarından taksilər də istifadə eləsə..

Avtobus zolaqlarından taksilər də istifadə eləsə..

Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Deputatın təklifinə AYNA və ekspertdən reaksiya gəldi

Bakı şəhərində nəqliyyat problemi artıq təkcə gündəlik narahatlıq deyil, sosial və iqtisadi yükə çevrilib. Xüsusilə pik saatlarda paytaxt yollarında yaranan tıxaclar ictimai nəqliyyatın effektivliyini sual altına qoyur, vətəndaşların vaxt itkisini, əsəb gərginliyini və iqtisadi zərərləri artırır. Belə bir şəraitdə Milli Məclisin plenar iclasında deputat Vasif Qafarovun səsləndirdiyi təklif - rəsmi platformalarda qeydiyyatda olan taksilərə avtobus zolaqlarından istifadə hüququnun verilməsi - ciddi müzakirələrə səbəb olub.

Deputat çıxışında bildirib ki, “Avtomobil nəqliyyatı haqqında” Qanuna əsasən, taksilər də ictimai nəqliyyat vasitəsi sayılır və beynəlxalq təcrübədə bu model geniş tətbiq olunur. Onun fikrincə, bu addım nəqliyyatın intellektual idarə olunmasını gücləndirə, tıxac yükünü azalda və vətəndaş məmnunluğunu artıra bilər. Lakin məsələ göründüyü qədər sadədirmi?

Avtobus zolaqları sıradan yol sahəsi deyil. Onlar məhz ictimai nəqliyyatın - xüsusilə minlərlə insanı eyni vaxtda daşıyan avtobusların - sərbəst və fasiləsiz hərəkəti üçün yaradılıb. Bu zolaqların əsas fəlsəfəsi ondan ibarətdir ki, şəxsi avtomobildən imtina edib avtobusa üstünlük verən vətəndaş vaxt itirməsin, ictimai nəqliyyat cəlbedici olsun. Əgər bu zolaqlar əlavə nəqliyyat vasitələri üçün açılarsa, onların funksional mahiyyəti zəifləyə bilər.

Təklifin tərəfdarları hesab edirlər ki, söhbət bütün taksilərdən yox, yalnız rəsmi platformalarda qeydiyyatdan keçmiş, texniki baxımdan nəzarətdə olan nəqliyyat vasitələrindən gedir. Bu isə kölgə iqtisadiyyatının azalmasına, qeyri-qanuni taksi fəaliyyətinin sıxışdırılmasına və nəqliyyat sistemində nizam-intizamın güclənməsinə səbəb ola bilər. Bundan başqa, bir taksi avtobusdan az sərnişin daşısa da, real şəraitdə bəzən bir neçə şəxsi avtomobilin gördüyü işi görür və bu baxımdan tıxac yükünü müəyyən qədər azalda bilər.

Amma məsələnin riskli tərəfləri də az deyil. Bakı reallığında taksilərin sayı onsuz da həddindən artıq çoxdur. Avtobus zolaqlarına yüzlərlə, hətta minlərlə taksinin buraxılması həmin zolaqları faktiki olaraq adi yol hissəsinə çevirə bilər. Nəticədə avtobusların sürəti azalacaq, dayanacaqlara vaxtında çatmamaq halları artacaq və ən əsası - gündəlik minlərlə sərnişin yenidən tıxacın girovuna çevriləcək. Bu isə ictimai nəqliyyatdan istifadəyə marağı azaldacaq və paradoksal olaraq şəxsi avtomobillərin sayını yenidən artıracaq.

Digər mühüm məqam sürücülər arasında yaranacaq potensial gərginlikdir. İndiyədək avtobus zolaqlarına qanunsuz daxil olan taksilər və minik avtomobilləri ilə bağlı cərimələr, mübahisələr az olmayıb. Əgər qaydalar dəyişdirilərsə, avtobus sürücüləri ilə taksi sürücüləri arasında yeni narazılıqların, yol mübahisələrinin yaranması da istisna deyil.

Beynəlxalq təcrübəyə istinad edərkən də diqqətli olmaq lazımdır. Bir çox Avropa şəhərlərində taksilərə avtobus zolaqlarından istifadə hüququ verilsə də, bu, ciddi limitlər, vaxt çərçivələri və texnoloji nəzarət mexanizmləri ilə tənzimlənir. Həmin şəhərlərdə taksi parkı nəzarətsiz şəkildə şişirdilməyib, ictimai nəqliyyat prioritet olaraq qalır. Bakı üçün isə mexaniki şəkildə bu modeli tətbiq etmək gözlənilən effekti verməyə bilər.

Nəqliyyat eksperti Rauf Ağamirzəyev “Yeni Müsavat”a bildirib ki, bu növ fikirlər tez-tez səsləndirilsə də, dünyadakı yanaşmaya görə, vahid rəng və tanınma nişanı olmalıdır. Onun sözlərinə görə, bir çox ölkələrdə bu növ tələblər qoyulur: “Bəzilərində taksilər sarı, bəzilərində isə ağ rəngdə və vahid tanınma nişanı ilə olur. Məsələn, Gürcüstanda A və B kateqoriyalı taksilər var. A kateqoriyalı taksilər ağ rəngdədir və vahid tanınma nişanına sahibdir.  

Azərbaycanda avtopark yenilənir. Gələcəkdə belə bir tələblər olarsa, eyni marka və eyni rəngi əhatə edən, tanınma nişanı olan taksi daşıyıcısı bu zolaqdan istifadə edə bilər. Lakin hazırda belə bir yanaşma yoxdur. Son məlumat isə odur ki, 2026-cı ildən kvotalar tətbiq ediləcək və 25 min avtomobil taksi fəaliyyəti göstərəcək. 8 yaşlı avtomobilə 7 illik lisenziya verilir.  Lisenziya almış və yaşı 8 ili ötənlərin isə növbəti ildən lisenziyası dayanacaq. Müraciət edənlər onların əvəzinə tələblərə cavab verirsə, taksi fəaliyyəti göstərə biləcək. Çox güman ki, 8 saatlıq iş rejimi tətbiq ediləndə 1-ə 3 alınacaq. Yəni 1 avtomobili ayrı-ayrı vaxtlarda 3 sürücü idarə edə bilər. 25 min avtomobildirsə, 75 min sürücü fəaliyyət göstərə bilər. Düşünürəm ki, vahid rəng, vahid marka və vahid tanınma nişanı olsarsa, gələcəkdə Azərbaycanda da bu növ taksilər zolaqdan istifadə edə bilər. Bunun fəlsəfəsi ondan ibarətdir ki, eyni markadan eyni rəngdə fərqli avtomobillər ola bilər. Onun taksi olub, olmadığını fərləndirmək çətin olar. Lakin bir şirkətin eyni markadan, eyni rəngdən və eyni tanınma nişanına sahib taksiləri olarsa, şirkət belə zolaqdan istifadə üçün müraciət edə bilər".    

Mövzu ilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, avtobus zolaqlarının təşkili avtobusların, eyni zamanda operativ nəqliyyat vasitələrinin fasiləsiz və intensiv hərəkətinin təmin edilməsinə xidmət edir: “Avtobus zolaqlarına şəxsi nəqliyyat vasitələrinin daxil olması qadağandır. Bu zolaqlara daxil olan minik avtomobilləri onlarla avtobusun hərəkətinə, nəticədə minlərlə sərnişinin vaxtında təyinat yerinə çatmasına mane olur. Taksi nəqliyyat vasitələrinin avtobus zolaqlarından istifadəsi məsələsi hazırda müzakirə edilmir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:226
embedMənbə:https://moderator.az
archiveBu xəbər 30 Dekabr 2025 10:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see330

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see301

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see289

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see286

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see282

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see280

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see280

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see258

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see254

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see251

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see247

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see240

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see229

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see223

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see222

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see216

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see207

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see197

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see197

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri