Icma.az
close
up
RU
Onlara təzyiq edilib? Rəsmi cavab

Onlara təzyiq edilib? Rəsmi cavab

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

“Abzas media” işi ilə bağlı cinayət məsuliyyətinə cəlb edilən jurnalistlər Sevinc Vaqifqızı, Elnarə Qasımova və Nərgiz Absalamovanın təcridxanada fiziki şiddətə məruz qalması barədə məlumatlar yayılıb.

Bakıvaxtı.az Qafqazinfo-ya istinadən xəbər verir ki, yayılmış iddialarda onların nəzarətçilər tərəfindən kobud rəftarla üzləşmələri, xəsarət almaları bildirilirdi.

Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, iddialar həqiqəti əks etdirmir: “Həbsdə saxlanılan Sevinc Abbasova, Elnarə Qasımova və Nərgiz Absalamova Bakı istintaq təcridxanasında saxlandıqları müddətdə təzyiqlərə, işgəncələrə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmayıb, hüquqları təmin edilir və qanuni mənafeləri qorunur.

Vəkil Aqil Layic görüş üçün iş vaxtının sonunda müraciət etdiyindən həmin gün görüş təmin edilməyib, lakin növbəti gün konfidensial şəraitdə hüquqlarını müdafiə etdikləri şəxslərlə görüşməsi təmin olunub. 

Qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlər istisna olmaqla təcridxanada saxlanılan hər bir həbs edilmiş şəxs həftədə iki dəfə 15 dəqiqəyədək müddətdə telefonla danışmaq hüququndan istifadə edir”.

Qeyd edək ki, “Abzas media” işi üzrə aparılan istintaqla saytın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı, eyni zamanda direktor müavini Məhəmməd Kekalov və digər əməkdaşları - Hafiz Babalı, Nərgiz Absalamova və Elnarə Qasımova həbs ediliblər. Onlar qaçaqmalçılıqda ittiham edilirlər.

***

Vəkil Aqil Layic mövzu ilə bağlı sosial şəbəkədə paylaşım edib. O, Sevinc Vaqifqizi ilə görüşdüyünü bildirib:

“Əsas məqam ona fiziki və verbal şiddətin olub-olmaması, qolunda olan hematoma ilə bağlı idi. Hematomanın yaranmasına belə qeyd etdi ki, qapının ağzında olan nəfəsliyin bağlanmaması üçün əlini nəfəsliyin arasına salıb, çəkiş-bərkişdə əmələ gəlir. Özünə qarşı fiziki şiddətin olmadığını qeyd etdi. Nəfəslik məsələsi də artıq həll edilib”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 18 Noyabr 2024 15:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zaur özü də bilmədən Elməddinin sirrini açdı

31 Avqust 2026 02:15see385

Trampdan sərt ittihamlar: Vicdansız media

30 Avqust 2026 23:54see309

Mövsümüdür, amma qiyməti düşmür meyvə tərəvəz niyə bahadır? ARAŞDIRMA

31 Avqust 2026 16:06see279

Fizioterapiya ilə bağlı vacib məqamlar Səhiyyə Nazirliyinin mütəxəssisi açıqladı

31 Avqust 2026 11:56see263

Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin

31 Avqust 2026 04:04see256

Orqanizminizdə iltihab varsa qəhvə için

31 Avqust 2026 02:04see250

Qırmızı və yaşıl almaların faydaları Hansını yemək daha yaxşıdır?

31 Avqust 2026 03:05see249

Həkimlər dəhşətli bir diaqnoz qoyublar…

30 Avqust 2026 20:49see244

Qədim şəhərin divarları rənglərin dili ilə danışanda

31 Avqust 2026 14:46see241

Ermənistanda siyasi DƏYİŞİKLİK: Paşinyan rəqiblərinə qarşı hərəkətə keçdi

30 Avqust 2026 22:25see236

Azərbaycan səhiyyəsi nə zaman əhalini qane edəcək? KONKRET

31 Avqust 2026 12:56see225

Səhərlər şişmiş və sərt əllər zobdan ola bilər

31 Avqust 2026 16:07see205

Bu dərman saç tökülməsinə qarşı EFFEKTLİDİR

31 Avqust 2026 13:39see204

Əl ayağınız şişirsə, su çatışmazlığından ola bilər

31 Avqust 2026 17:04see200

“Soçi” Şeydayevin iştirakı ilə üç xal qazandı

31 Avqust 2026 01:52see199

Belə oturanların onurğa sümüyü əyilir

31 Avqust 2026 16:07see195

ABŞ ordusu Larak adasında SEPAH ın iki raket qurğusunu vurub

31 Avqust 2026 03:12see187

“Barselona”dan möhtəşəm qələbə: 7 qollu oyunda “Rayo” darmadağın edildi

01 Sentyabr 2026 01:35see184

Serxio Ramos “Bernabeu”da “Real Madrid”in qələbəsini izlədi VİDEO

31 Avqust 2026 02:41see177

İrana qarşı iqtisadi təzyiq aylarla davam edə bilər Bessent

31 Avqust 2026 18:53see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri