Icma.az
close
up
RU
Sahibkara təzyiq edilir? Rəsmi cavab

Sahibkara təzyiq edilir? Rəsmi cavab

Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

Quba rayonunda sahibkarlıqla məşğul olan Könül Vəliyeva Rayon İcra Hakimiyyətinin işçiləri tərəfindən təzyiqə məruz qaldığını iddia edir. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə sosial şəbəkələrdə videgörüntülər yayılıb. 

K.Vəliyevanin sözlərinə görə, atasının 30 ilə yaxındır işlətdiyi restoranı əsassız şəkildə sökmək istəyirlər: “Restoranın qanuni sahibi olan atam Əli Vəliyev üçüncü dərəcəli insult keçirib. Xəstəliyinə görə hazırda idarəçiliyə mən və bacım baxırıq. Buna baxmayaraq aylardır basqılara məruz qalırıq”. 

Sahibkar iddia edir ki, Quba Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri heç bir hüquqi əsas və səlahiyyət olmadan restorana müdaxilələr edir, obyektin sökülməsinə və ailənin onun üzərindəki nəzarətinin əlindən alınmasına çalışırlar: “Obyektə daxil olaraq hədə-qorxu gəlirlər. Əsas məqsədləri Ekologiya Nazirliyi və Meşə Təsərrüfatı İdarəsinin razılığı əsasında inşa olunmuş yüngül konstruksiyalı tikintini sökməkdir. Bununla yanaşı, Yerli Meşə İdarəsinə təzyiq göstərilərək restoranla bağlanmış qanuni müqavilənin ləğvi tələb olunub”.

İddilarla bağlı Quba Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq. Qurumdan müraciətimizə cavab olaraq bildirildi ki, Quba rayonunun “Qəçrəş yolu” ərazisində (meşə massivində) (Xınalıq restoranı) Vəliyev Əli Əmir oğlu və onun qızları tərəfindən dövlət mülkiyyətində olan meşə fonduna aid torpaq sahəsində ərazi hasarlanaraq özbaşına tikinti və quraşdırma işləri aparıldığı müəyyən olunub: “Həmin şəxslərə qeyd olunan qanunsuz əməllərin dayandırılması barədə xəbərdarlıqlar edilsə də, hər hansı nəticəsi olmayıb. Fövqaladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən 19 iyun 2025-ci il tarixdə çıxarılmış “Tikinti işlərinin dayandırılması barədə” 0461 nömrəli qərara da Vəliyev Əli Əmir oğlu tərəfindən məhəl qoyulmadan, (ora vurulmuş qadağan lentlərini qırararaq) özbaşına işlər davam etdirilir.

Vətəndaşla Meşələrin İnkişafı Xidməti arasında bağlanmış 09.07.2024-cü il tarixli, 07 saylı müqavilənin 2.2 bəndində qeyd olunub ki, həmin ərazidə aparılacaq işlərin layihəsi aidiyyəti qurumlarla razılaşdırılaraq təsdiq edilməlidir.

Lakin icarədar ərazidə aparılan tikinti-quraşdırma işləri barədə Rayon İcra Hakimiyyətinə heç bir layihə təqdim etməyib və bu barədə məlumat verilməyib.

Vətəndaş iddia edir ki, həmin tikililər yüngül konstruksiyadır. Halbuki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.16-cı maddəsində qeyd olunub ki, müvəqqəti tikili – torpaq üzərində yerləşdirilən, qısa müddətdə, o cümlədən tikinti müddətində istifadə üçün nəzərdə tutulan, yüngül inşaat konstruksiyalarından inşa edilən və asanlıqla quraşdırılıb-sökülən tikili hesab olunur. Onların meşə ərazisində apardıqları inşaat işləri müvəqqəti tikili kateqoriyasına uyğun deyil”.

Açıqlamada 2024 və 2025-ci illərdə 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin İnzibati qərarları ilə sahibkarın İXM-nin 244.2-ci maddəsi ilə cərimə olunduğu da qeyd edilib: “Həmin iş materiallarında da görünür ki, Əli Vəliyev törətdiyi qanunsuz əməli etiraf edib və meşə təsərrüfatına ziyan vurduğunu izahatında bildirib.

Rayon İcra Hakimiyyəti bu hallarda “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.11-ci bəndinin tələblərinə uyğun hərəkət edir.  Belə ki, özbaşına işlərin dayandırılması onu edən şəxslərə tövsiyə olunur, həmçinin tikinti işlərinin dayandırılması üçün Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi məlumatlandırılır və digər tədbirlər həyata keçirir.

Həmçinin, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.7.10-cu bəndinə əsasən müvafiq ərazidə ətraf mühitin mühafizəsini təşkil etmək, hüquqi və fiziki şəxslərin hərəkətləri nəticəsində ətraf mühitə vurulan ziyanın qarşısının alınması üçün tədbirlər görmək Rayon İcra Hakimiyyətinin səlahiyyətlərinə aiddir”.

Fidan Etibar 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:277
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 11 İyul 2025 14:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Süni intellektlə bağlı fətva veriləcək?

14 Sentyabr 2026 15:47see419

Uzun müddət telefon və kompüter ekranına baxmaq gözlərə necə təsir edir?

14 Sentyabr 2026 13:46see263

Yuxusuz gecənin təsirini azaltmağın sadə yolu

14 Sentyabr 2026 10:29see263

Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?

14 Sentyabr 2026 19:34see256

675 nəfər narkotik asılılığından müalicə alır

14 Sentyabr 2026 15:37see246

Kababla soyuq Cola içənlərin öd yolları məhv olur

14 Sentyabr 2026 15:45see233

İrem Derici hamilədir? Özü cavabladı (Foto)

14 Sentyabr 2026 14:43see232

Z dönəm gəncləri tarixin ən bekar nəsli olacaq

14 Sentyabr 2026 19:08see230

Bakı üçün imtahan: Bu layihələr fəsadsız olmayacaq

14 Sentyabr 2026 17:41see227

Hemofiliya xəstələrinin müalicəsində tibb bacılarının rolu artırılır REGIONLARDA SEMİNARLAR

14 Sentyabr 2026 12:43see224

Ədəbiyyat Muzeyinə Məhsəti Gəncəvinin tut ağacından yonulmuş heykəli hədiyyə edilib

14 Sentyabr 2026 17:45see222

AMB nin BOKT larla bağlı yeni tələbləri maliyyə bazarının sağlamlaşdırılmasına xidmət edir

14 Sentyabr 2026 14:04see220

Sosiallaşır, nitqi və yuxu rejimi düzəlib, qidalanması normallaşıb İnteqrativ müalicə ilə autizmli uşağın inkişafı

14 Sentyabr 2026 14:42see216

Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb

14 Sentyabr 2026 18:55see216

Fiziki aktivlik azaldıqda bədəndə tam olaraq nə baş verir? HƏKİM AÇIQLADI

14 Sentyabr 2026 15:44see213

Korporativ sosial məsuliyyət PR strategiyasının güclü alətidir

14 Sentyabr 2026 13:34see213

Birləşməyə hazırlaşan bankda dəyişiklik

14 Sentyabr 2026 12:38see211

Uşaq yaxşı böyümür, yorğundur, bədəni ağrıyırsa... Uzman həkim səbəbləri açdı VİDEO

14 Sentyabr 2026 21:41see209

Şəbnəm Tovuzlu 50 minlik qızıllarını nümayiş edirdi (Video)

14 Sentyabr 2026 14:11see205

​YENİ TƏDRİS İLİ, KÖHNƏ PROBLEM... Bakını nə gözləyir?

14 Sentyabr 2026 10:43see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri