Icma.az
close
up
RU
Onlardan uzaq durun: Bu il almaq üçün ən pis 6 elektromobil

Onlardan uzaq durun: Bu il almaq üçün ən pis 6 elektromobil

Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Son illərdə elektromobillər çox sürətlə yayılaraq daxiliyanma mühərrikli avtomobillərlə inamla rəqabət aparır. Lakin bütün modellər uğurlu seçim sayılmır.
Demokrat.az xəbər verir ki, avtomobil ekspertləri “GOBankingRates” üçün açıqlamalarında 2026-cı ildə almaqdan çəkinməli olduğunuz elektromobilləri sadalayıblar. Onların fikrincə, bu modellərdə ciddi problemlər mövcuddur.
2026-cı ildə almaq tövsiyə olunmayan elektromobillər
“Nissan Leaf”
Bir vaxtlar “Nissan Leaf” elektromobil seqmentinin pioneri idi. Lakin avtomobil üzrə ekspert, “carVertical” şirkətindən Aivaras Qriqeleviçyusun sözlərinə görə, bu modelin köhnəlmiş texnologiyaları artıq rəqiblərlə yarışmağa imkan vermir.
“Elektromobili əlçatan qiymətə təklif etməkdə problem yoxdur, amma bu, akkumulyator texnologiyasının pisləşdirilməsi və ya doldurma sürətinin azaldılması hesabına olmamalıdır”, deyə o vurğulayıb.
“GMC Hummer EV”
“GMC Hummer EV” çox təsirli görünüşə və qeyri-adi funksiyalara malik elektrik yolsuzluq avtomobilidir. Lakin “JustAnswer” platformasının avtomobil eksperti Kris Payl bildirib ki, bu funksiyaların bəziləri əslində faydasızdır.
“Dördtəkərli sükanlama sistemi. Sonuncu dəfə bunu sınaqdan keçirəndə uğursuz oldu və bu dəfə də elə olacaq. Bu, sıradan çıxa biləcək daha bir lazımsız elementdir. Bu böyük yolsuzluq avtomobili sadəcə göstərir ki, elektromobillə yük dartmaq və ya off-road sürmək mümkündür”, deyə ekspert izah edib.
“Rivian R1S”
Kris Payl etiraf edib ki, “Rivian” maraqlı elektromobillər istehsal edir. Lakin onun fikrincə, əsas problem təmirin olduqca baha başa gəlməsidir.
“Əgər kuzov panelini cızsanız və ya əysəniz, ciddi xərclərə hazır olun. Mən xırda qəzalar görmüşəm ki, təkcə kosmetik təmir 20 min dollardan baha olub”, deyə o qeyd edib.
Ekspert əlavə edib ki, “Rivian R1S” modelinin ilkin qiyməti də kifayət qədər yüksəkdir.
“Tesla Model X”
“Tesla Model X” 2015-ci ildə təqdim edilərkən qabaqcıl texnologiyaları və əsas xüsusiyyətlərindən biri olan “qağayı qanadı” tipli arxa qapıları ilə diqqət çəkirdi. Lakin Kris Payl hesab edir ki, bu, eyni zamanda əsas problemlərdən biridir.
“Bu qapıların nə dərəcədə düzgün işləməsi və tam bağlanması ilə bağlı narahatlıqlar var idi və hələ də qalır”, deyə ekspert bildirib.
O, həmçinin vurğulayıb ki, “Tesla Model X” çox güclüdür, lakin bu, akkumulyatorun daha tez boşalmasına səbəb olur.
“Toyota bZ4X”
“Toyota”nın elektromobil bazarına çıxışı çox da uğurlu alınmayıb. Aivaras Qriqeleviçyus bildirib ki, “Toyota bZ4X” elektrik krossoverində həddən artıq çatışmazlıq var.
“Dünyanın ən böyük şirkətlərindən birinin elektromobillərə münasibətini görmək istəyirsinizsə, ‘Toyota bZ4X’ buna bariz nümunədir. Burada innovasiya, funksionallıq, təkmilləşdirmə və qənaətbəxş yürüş məsafəsi çatışmır. Doldurma sürəti də orta səviyyədədir və 2025-ci ildə və ya sonrasında bu avtomobili almaq maliyyə baxımından məntiqli deyil”, deyə ekspert qeyd edib.
“Ford Mustang Mach-E”
Kris Payl “Ford Mustang Mach-E” modelini almadan əvvəl iki dəfə düşünməyi tövsiyə edib. Onun fikrincə, “Ford” hələ elektromobillərin necə olmalı olduğunu tam dərk etməyib.
"Ford" hələ öyrənmə mərhələsindədir. Bu modeldə akkumulyatorun həddindən artıq qızması problemi olub və ola bilsin ki, hələ də tam həll edilməyib. Üstəlik, "elektrik Mustang" sürdüyünüzü desəniz, dəfələrlə bunun əsl Mustang olmadığını eşidəcəksiniz və benzinlə işləyən Mustanglər barədə uzun-uzadı söhbətlərə məruz qalacaqsınız”,  deyə ekspert əlavə edib. (Valyuta.az)
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:84
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 27 Yanvar 2026 08:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see245

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see245

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see242

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see219

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see197

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see195

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see184

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see176

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see172

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see171

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see158

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see155

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see153

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see151

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see151

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see150

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see142

Agentlik 8 ölkədən jurnalist və blogerləri Azərbaycana gətirmək istəyir

25 Yanvar 2026 21:16see141

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see140

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri