Icma.az
close
up
RU
Onlardan uzaq durun: ən pis iki yapon markası

Onlardan uzaq durun: ən pis iki yapon markası

Icma.az, Lent az saytına istinadən bildirir.

Yapon avtomobilləri etibarlılıq reytinqlərində adətən ilk sıralarda yer alsa da, bəzi markalardan uzaq durmaq tövsiyə olunur.

Lent.az xəbər verir ki, avtomobil eksperti Kris Payl alınması məsləhət görülməyən iki yapon avtomobil markasının adını açıqlayıb. Onun sözlərinə görə, bu avtomobillər sahiblərini yüksək təmir xərcləri ilə məyus edə bilər.

Ekspert bildirib ki, problemlərin əsas səbəblərindən biri CVT (pilləsiz variator transmissiyası) adlanan sürət qutusudur.

Paylın sözlərinə görə, CVT transmissiyalı avtomobillərdən uzaq durmaq daha məqsədəuyğundur:

“Mən CVT transmissiyası ilə təchiz olunmuş istənilən avtomobildən uzaq durardım. “Nissan” bu transmissiyadan avtomobillərində ən çox istifadə edən markalardan biridir. Bu sistemlər xarab olana qədər əla işləyir. Lakin sıradan çıxdıqda təmir xərci sürücüləri şoka sala bilər. Əksər hallarda transmissiyanın təmiri deyil, tam dəyişdirilməsi tələb olunur”.

Onun sözlərinə görə, CVT transmissiyaları yanacaq sərfiyyatını azaltmağa və daha hamar hərəkət təmin etməyə kömək etsə də, digər sürət qutularına nisbətən daha tez sıradan çıxa və çox vaxt təmir oluna bilməz.

Alınması tövsiyə edilməyən markalar

Payl xüsusilə “Infiniti” markalı avtomobillərdən uzaq durmağı məsləhət görüb. “Infiniti” “Nissan”ın premium markası hesab olunur və daha yüksək komfort səviyyəsi təklif edir.

Ekspert bildirib ki, “Infiniti” modelləri elektrik sistemləri ilə bağlı problemlərlə tanınır:

“Mən əksər “Infiniti” modellərindən uzaq durardım. Onlar elektrik problemləri ilə məşhurdur. Əslində bunlar daha çox elektron avadanlıqla təchiz edilmiş “Nissan” modelləridir”.

O əlavə edib ki, “Infiniti” avtomobillərinin qiyməti rəqiblərindən xeyli yüksək ola bilər və təmir xərcləri də kifayət qədər bahadır.

Payl həmçinin CVT transmissiyalı “Nissan” modellərini almağı tövsiyə etməyib. Onun sözlərinə görə, markanın bir çox sedan, krossover və yolsuzluq avtomobillərində bu transmissiya istifadə olunur.

Tövsiyə olunan modellər

Ekspert daha etibarlı seçim kimi aşağıdakı yapon avtomobillərini qeyd edib:

“Toyota Tundra”

“Toyota 4Runner”

“Honda Passport”

“Honda Ridgeline”

“Honda Odyssey”

“Mazda MX-5 Miata”

Payl bildirib ki, bu modellər bəzi rəqibləri qədər çox satılmasa da, etibarlılıq baxımından uğurlu seçimlərdir.

Onun sözlərinə görə, əksər “Toyota” və “Honda” modelləri yüksək yenidən satış dəyərinə malik olur və daha az təmir tələb edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:137
embedMənbə:https://lent.az
archiveBu xəbər 06 İyun 2026 20:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see368

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see343

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see338

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see329

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see300

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see296

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see275

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see257

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see244

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see236

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see229

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see219

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see205

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see200

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see199

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see198

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see187

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see185

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see183

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri