Onları necə məğlub edəcəyimizi bilirik
Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İspaniya millisinin kapitanı Rodri DÇ-2026-nın yarımfinalında Fransa ilə keçiriləcək oyun barədə fikirlərini bölüşüb.
QOL.az xəbər verir ki, "The Guardian" nəşrinin məlumatına görə, təcrübəli yarımmüdafiəçi rəqibin güclü tərəflərini etiraf etsə də, komandasının finala yüksəlmək gücündə olduğunu bildirib.
"Fransa bu turnirin ən güclü komandalarından biridir və hazırda əla formadadır. Amma İspaniya da eyni vəziyyətdədir. Biz onları məğlub edə bilərik. Bunu artıq Avropa çempionatında və Millətlər Liqasında göstərmişik".
İspaniyalı futbolçu qarşıdakı görüşün əvvəlki qarşılaşmalardan fərqlənəcəyini də vurğulayıb:
"Fransanın çox güclü hücum xətti var. Amma onların müdafiəsini də xüsusi qeyd edərdim. Oyunu öz istədiyimiz məcraya yönəltməliyik. Keçən il olduğu kimi 5:4 hesablı matçlar hər zaman olmur və bu nəticə bizi aldatmamalıdır. Bu dəfə qarşımızda daha güclü komanda olacaq və onlara qol vurmaq daha çətin olacaq. Qarşıda bizi turnirin ən güclü komandalarından birinə qarşı ciddi sınaq gözləyir və biz bunu səbirsizliklə gözləyirik".
Qeyd edək ki, İspaniya - Fransa oyunu iyulun 14-də Bakı vaxtı ilə saat 00:00-da keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 13 İyul 2026 18:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















