Icma.az
close
up
RU
“Onları özbaşına buraxsan, Köçəryandan, Ter Petrosyandan betər olarlar” Sabiq XİN başçısı

“Onları özbaşına buraxsan, Köçəryandan, Ter Petrosyandan betər olarlar” Sabiq XİN başçısı

Icma.az, 525.az portalına istinadən məlumat verir.

“Bəzən Ermənistan tərəfi və bir sıra müşahidəçilər Azərbaycanın Ermənistanın konstitusiyasını dəyişməsi tələbini düzgün başa düşmürlər. Hesab edirlər ki, təkcə bir sətrlik ifadə nəzərdə tutulur. Amma söhbət daha geniş bir məsələdən gedir. Azərbaycanın  məqsədi davamlı və sabit sülhü əldə etməkdir”.

Bu barədə 525.az-a keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov yekun sülh sazişinin imzalanmasında əsas maneələr barədə danışarkən deyib.
O xatırladıb ki, Ermənistanın anneksiya ideologiyası, qonşu ölkələrin ərazisinə iddiaları bu münaqişənin yaranmasına səbəb oldu:

“Hərbi təcavüz təkcə hərbi əməliyyatlardan ibarət deyil. Onu təmin edən həm hüquqi, həm ideoloji, təbliğati, iqtisadi müstəvilər var. Bu məsələlərin aradan götürülməsi ardıcıl şəkildə baş verib. Hərbi əməliyyatların nəticəsi aradan qaldırılıb. Amma ideologiya, təbliğat hələ də qalmaqdadır. Biz görürük ki, hələ də müxtəlif qüvvələr, Ermənistan ictimaiyyəti köhnə ideologiyanın təsiri altındadırlar və Azərbaycan sülh sazişi imzalamazdan əvvəl əmin olmalıdır ki, artıq bu dövlətin rəsmi ideologiyası işğalçı, anneksiya ideologiyası deyil. Azərbaycan və Türkiyə ərazilərinə iddiaları yoxdur. Biz başa düşürük ki, konstitusiyanın dəyişməsindən əvvəl referendum keçirilməlidir. Referendum isə geniş təbliğat kampaniyasını nəzərdə tutur. Bunun nəticəsində bizə aydın olacaq ki, erməni cəmiyyəti o xəstəlikdən azad olub, ya yox. Onlar sadəcə olaraq bu və digər sazişi istifadə edib gələcəkdə işğalçı ideologiyasını təbliğ edəcəklər. Biz konstitusiya tələbimizi ona görə saxlayırıq ki, başa düşürük ki, onlarda geniş diskussiyalar aparılmalıdır. Bəzən Nikol Paşinyan bu diskussiyalar üçün ortaya tezislər atır. Ara-sıra real Ermənistan konsepsiyası və s. barədə danışır. Ermənistan müstəqillik qazanan vaxt dövlətin ideoloji əsasları fərqli idi. Yəni, “böyük Ermənistan” ideologiyası. Paşinyan isə cəmiyyətə yeni bir konsepsiya təqdim edir – real Ermənistan. Bu  baxımdan daxili siyasi müzakirələr mütləq və mütləq sülh prosesi üçün lazımdır. Biz hansısa sənədə görə tələsməli deyilik. Sənədə imza atılması birbaşa və dərhal sülhün bərqərar olması demək deyil. İctimai rəyin dəyişməsi çox uzun və mürəkkəb bir prosesdir. Bizim təzyiqimiz ilə istəyirik ki, Ermənistanda bu baş versin”.

Paşinyan hakimiyyətinin həqiqətən sülhdə maraqlı olması, cəmiyyətin fikrini dəyişməyə yönəlik iradəsinə gəlincə, sabiq XİN başçısı hesab edir ki, gərək illüziyaya qapılmayaq: “Bu həmin Paşinyandır ki, illər əvvəl Şuşada bəyan etmişdir ki, “Qarabağ Ermənistandır və nöqtə”. Onun səmimi olub-olmaması ikinci dərəcəli məsələdir. Gərək üzərinə düşən öhdəliklərini tamamlasın. Referendum vasitəsilə biz onların cəmiyyətinin sağlam düşüncədə olub olmadığını görəcəyik. Bu gün hakimiyyətdə Paşinyandır, sabah başqası olacaq. Başqası gələndə bəyəm o ayrı siyasət həyata keçirəcək. Paşinyan da gücü nəyə çatırsa, millətçilik ideologiyasına uyğun olaraq addımlar atır. Sadəcə olaraq onların Azərbaycanla döyüşməyə gücləri çatmadı. Bir çox tərəflərdən dəstək görmədilər, onların əvəzinə ruslar hərbi əməliyyatlarda iştirak etmək istəmədilər, yəni amillər çoxdur. Onları özbaşına buraxsan, Köçəryandan, Levon Ter-Petrosyandan betər olarlar”. 

Keşmiş XİN başçısı bəyan edib ki, siyasətdə siyasi iradə və güc amili Azərbaycanın tərəfindədir və məhz bu, onları düz yolla getməyə vadar edir. Qarşı tərəf də gec və ya tez reallıq əsasında addımlar atmağa məcbur olacaq”.

Pərvanə Sultanova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://525.az
archiveBu xəbər 17 Dekabr 2025 15:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see290

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see287

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see280

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see249

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see241

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see231

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see227

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see197

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see196

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see186

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see173

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see160

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see153

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see151

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see150

İlham Əliyev bu gəncləri mükafatlandırdı SİYAHI

30 Yanvar 2026 16:40see149

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see148

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see147

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see143

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri