Ter Petrosyandan Zəngəzurla bağlı TƏKLİF KONKRET
Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan Zəngəzur dəhlizi əvəzinə “Zəngəzur nəqliyyat qovşağı” ifadəsindən istifadə etməyi təklif edib.
KONKRET.az-ın xəbərinə görə, o, müvafiq təkliflə sosial şəbəkə hesablarında çıxış edib.
Onun sözlərinə görə, bu anlayışlar arasında prinsipial fərq var:
“Dəhliz” suverenliyə məhdudiyyətlər nəzərdə tuta bilər, “nəqliyyat qovşağı” isə əraziyə və kommunikasiyalara nəzarətin tamamilə Ermənistanda qalması deməkdir”.
Ter-Petrosyan vurğulayıb ki, “nəqliyyat qovşağı” məsələsində Ermənistanın suveren hüquqlarının qorunub saxlanmasına, ərazi bütövlüyünü və ya milli maraqları şübhə altına alan istənilən şərhlərin istisna edilməsinə diqqət yetirilir.
Eyni zamanda, onun fikrincə, Ermənistan maraqlı dövlətlər üçün nəqliyyat infrastrukturunun sərbəst fəaliyyətini beynəlxalq hüquq çərçivəsində ciddi şəkildə təmin etməyə qadirdir və buna borcludur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 11 Sentyabr 2025 19:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















