Icma.az
close
up
RU
Onların ümumi sərvəti 2,3 trilyonu keçdi

Onların ümumi sərvəti 2,3 trilyonu keçdi

Icma.az bildirir, Olke.az portalına istinadən.

ABŞ fond bazarlarında sentyabr ayında yeni tarixi rekordlar qeydə alınıb. Bunun nəticəsində dünyanın ən zəngin 10 adamı ümumilikdə 201 milyard dollar əlavə sərvət qazanıb. Onların ümumi sərvəti artıq 2,3 trilyon dollara yüksəlib. Bununla belə, ilk onluqda olan üç nəfərin sərvəti azalıb.

Ölkə.Az valyuta.az-a istinadla dünyanın ən zəngin 10 adamının siyahını təqdim edir:

1. İlon Mask – 490,8 mlrd dollar

“Tesla” səhmlərinin 33% bahalaşması Maska bir ayda 75,2 milyard dollar qazandırıb. O, artıq 17 aydır ki, dünyanın ən varlı adamıdır və sərvəti yarım trilyona yaxınlaşıb. Mask “Tesla” və “SpaceX”in rəhbəri, “X” və “xAI”ın təsisçisidir.

2. Larrİ Ellison – 341,8 mlrd dollar

“Oracle”ın qurucusu Ellisonun sərvəti bir ayda 70,9 milyard dollar artıb. Şirkətin bulud xidmətləri üzrə proqnozları investorları cəlb edib və səhmlər 24% bahalaşıb.

3. Mark Zukerberq – 251,5 mlrd dollar

“Meta” rəhbərinin sərvəti bu ay 1,5 milyard dollar azalıb. Şirkət “Facebook”, “Instagram” və “WhatsApp”la dünyanın ən iri sosial media platformalarını idarə edir.

4. Ceff Bezos – 232,5 mlrd dollar

“Amazon” səhmlərinin 4% ucuzlaşması səbəbindən Bezosun sərvəti 8,4 milyard dollar azalıb. O, hələ də dünyanın ən zəngin şəxslərindən biri olsa da, bu ay siyahının ən böyük itirəni olub.

5. Larrİ Peyc – 202,2 mlrd dollar

“Google”un həmtəsisçisi Page-in sərvəti bir ayda 23,9 milyard dollar artıb. ABŞ-da “Google”un “Chrome” brauzeri ilə bağlı məhkəmə qərarı şirkət səhmlərinin 14% yüksəlməsinə səbəb olub.

6. Sergey Brin – 187,6 mlrd dollar

Digər “Google” həmtəsisçisi Brin sərvətinə 21,7 milyard dollar əlavə edib. O, hazırda “Alphabet”də süni intellekt sahəsində strategiyanın qurulmasında aktiv iştirak edir.

7. Jensen Huanq – 162 mlrd dollar

“Nvidia”nın təsisçisi və rəhbəri Huang siyahıda iki pillə irəliləyib. Şirkət səhmlərinin 7% artması nəticəsində onun sərvəti 10,7 milyard dollar yüksəlib.

8. Bernard Arnault – 159,4 mlrd dollar

“LVMH” imperiyasının sahibi Arnault siyahıda iki pillə geriləyib. Onun sərvəti 5,3 milyard dollar artsa da, Huang və Ballmerin gerisində qalıb.

9. Stiv Ballmer – 156 mlrd dollar

“Microsoft”un keçmiş CEO-su və “LA Clippers” basketbol klubunun sahibi Ballmerin sərvəti bir ayda 2,9 milyard dollar artıb.

10. Uarren Baffett – 150,2 mlrd dollar

“Berkshire Hathaway” rəhbəri, “Omahanın kahini” kimi tanınan Buffettin sərvəti sentyabrda 200 milyon dollar azalıb. O, 2025-ci ilin sonunda CEO postunu tərk edəcəyini açıqlayıb.
Əlavə qeydlər

Siyahıda olanların 9-u amerikalıdır, yalnız Bernard Arnault Fransanı təmsil edir.

Siyahıda qadın yoxdur, hər bir şəxsin sərvəti 150 milyard dollardan yuxarıdır. Dünyanın ən varlı qadını isə “Walmart” varisi Alice Waltondur. Onun sərvəti 111,9 milyard dollardır və ümumi siyahıda 15-ci yeri tutur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:243
embedMənbə:https://olke.az
archiveBu xəbər 04 Oktyabr 2025 14:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri