Icma.az
close
up
RU
“Onların da istintaqa cəlb edilməsi təmin olunmalıdır” Hikmət Hacıyev

“Onların da istintaqa cəlb edilməsi təmin olunmalıdır” Hikmət Hacıyev

Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Ermənistanın Azərbaycana qarşı iddialarına baxdıqda görürük ki, bəzi havadarlarının dəstəyilə onlar artıq keçmişin bir aləti olan, hər hansı bir funksiyası olmayan Minsk qrupunun hər bir vəchdə saxlanmasına da cəhd göstərirlər. Minsk qrupuna bu gün heç bir ehtiyac yoxdur, ola da bilməz”.

 AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev söyləyib.

O bildirib ki, əgər kimsə Minsk qrupunu dirçəltməyə çalışa bilərsə, bunlar yalnız utopik fikirlər ola bilər.

Prezidentin köməkçisi vurğulayıb ki, Minsk qrupu yaradılanda onun təməlini məhz münaqişənin həll edilməsi təşkil edirdi: “Münaqişə yoxdur. Ermənistanla Azərbaycan arasında normallaşma prosesinin getdiyi bir şəraitdə Ermənistan tərəfi yenə də səmimiyyət nümayiş etdirməyərək Minsk qrupu kimi lazımsız bir alətin saxlanmasına çalışır”.

H.Hacıyev Azərbaycanın bu məsələdə israrlı olduğunu qeyd edib: “Hesab edirik ki, bu kimi məsələlər, xüsusilə də Ermənistanın Konstitusiyası ilə bağlı məsələləri aradan qaldırmasından sonra regionda sülh gündəliyi üçün daha yaxşı şərtlər formalaşa bilər”.

Hikmət Hacıyem, həmçinin bildirib ki, hazırda Bakıda Azərbaycan xalqına qarşı müharibə cinayətləri və insanlıq əleyhinə cinayət əməlləri törətməkdə ittiham olunan şəxslərin məhkəmə prosesi həyata keçirilir və onlar ədalət məhkəməsi qarşısında cavab verirlər. Bu, Azərbaycan xalqının uzun müddətdir gözləntisi və haqlı tələbi idi. Xüsusilə ədaləti Azərbaycan Respublikası özü təmin etmiş olur.

Prezidentin köməkçisi Ermənistan rəhbərliyinin bu məhkəməyə qarşı bütün resurslarını səfərbər edərək lazımsız bir propaqanda kampaniyası apardığını bildirərək qeyd edib: “Onların havadarları, Avropa Parlamentində Ermənistanın maraqlarını təmsil edən müxtəlif lobbi qrupları Azərbaycana qarşı yeni qətnamə layihəsi qəbul etmək fikrindədirlər. Bütün bunlar xüsusilə məhkəmə ilə əlaqədardır”.

O bildirib ki, bu məhkəmədə mühakimə olunan şəxslər qanun qarşısında cavab verirlər. İnsanlıq əleyhinə və müharibə cinayətləri törətmiş şəxslərin azadlığa buraxılmağa çağırılması, onların əsir və girov adlandırılması beynəlxalq münasibətlərə, insanlığa qarşı bir təhqirdir və qəbuledilməz haldır. Onların mühakiməsi davam etdiriləcək.

“Amma bunun əksinə olaraq, Ermənistandan gözləntimiz odur ki, əgər regionda ədalətli sülhün təmin olunmasını istəyirsə və bunda maraqlıdırsa, məhkəmə ilə yaxından əməkdaşlıq etsin. Ermənistanın ərazisində olan, Azərbaycan xalqına qarşı insanlıq əleyhinə cinayət əməlləri törətmiş, hərbi cinayətlər törətmiş şəxslər var ki, onların da istintaqa və məhkəmə prosesinə cəlb edilməsinin təmin olunması həyata keçirilməlidir”, - deyə, H.Hacıyev diqqətə çatdırıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:165
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 13 Mart 2025 14:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see325

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see316

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see299

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see284

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see238

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see233

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see229

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see225

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see215

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see214

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see207

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see206

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see201

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see199

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see198

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see189

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see172

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see171

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see168

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri