Icma.az
close
up
RU
Onların Ermənistanda cəmlənməsi toqquşmaya aparan yoldur, gec tez bu, baş verəcək

Onların Ermənistanda cəmlənməsi toqquşmaya aparan yoldur, gec tez bu, baş verəcək

Qaynarinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Ermənistanda müxtəlif güc mərkəzlərinin cəmlənməsi toqquşmaya aparan bir yoldur. Gec və ya tez bu baş verəcək".

Bunu Qaynarinfo-ya açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Avropa İttifaqının Ermənistandakı missiyasının müddətini uzatmaq istiqamətində atdığı addımların qarşısını almaq üçün Azərbaycanın atmalı olduğu addımları şərh edərkən deyib.

Həmsöhbətimiz bildirir ki, gec-tez mövcud durum Ermənistan üçün problem yaradacaq: 

"Görürük ki, Ermənistan çox təhlükəli bir siyasət aparır. Bu təhlükə bir çox məqamlarla bağlıdır. Rəsmi İrəvan hazırda müxtəlif güc mərkəzləri - İran, Avropa İttifaqı, ABŞ, Rusiya və Türkiyə ilə aktiv siyasət aparır. Bu fonda da adıçəkilən həmin dövlətlərin əksəriyyətini öz ərazisinə dəvət edir. Ermənistanda İranın ticarət mərkəzləri fəaliyyət göstərir, müxtəlif yerlərdə bu ölkənin konsulluğu açılır, onunla müəyyən layihələr həyata keçirilir.  İrəvan həmçinin Rusiya ilə hərbi məsələdə geniş əməkdaşlığı davam etdirir. Avropa İttifaqının missiyası da ordadır. Onların da fəaliyyət müddəti daha 2 il uzadıldı. ABŞ-ın da bu ölkədə böyük bir səfirliyi fəaliyyət göstərir. Hamı birmənalı olaraq onu da qeyd edir ki, Ermənistanda eyni zamanda, Amerikanın kəşfiyyat mərkəzi də var. Bir sözlə, müxtəlif güclər qarışıq şəkildə Ermənistana dəvət olunublar. Bu baxımdan, gec və ya tez mövcud durum Ermənistan üçün problem yaradacaq.


Ermənistan sərhədində yerləşən Aİ missiyası nümayəndələri müşahidə edir, binoklla baxır. Eyni zamanda, onların anti-Rusiya fəaliyyəti də göz qabağındadır. Düşünürəm ki, bəzi məqamlarda düşmən hansısa səhvləri edirsə, ona mane olmaq lazım deyil, qoy səhv etməkdə davam etsin. Düzdür, istənilən halda təbii ki, müdaxilə edəcəyik. Amma bəllidir ki, Ermənistanda müxtəlif güc mərkəzlərinin cəmlənməsi toqquşmaya aparan bir yoldur. Gec və ya tez bu baş verəcək".

Qeyd edək ki, Avropa İttifaqının Ermənistandakı mülki missiyasının fəaliyyəti müddəti daha 2 il artırılaraq 2027-ci ilin fevralına qədər uzadılıb. Bununla bağlı Azərbaycanın hər hansı bir razılığını almayıblar. Yəqin ki, Azərbaycan bu müstəvidə həmin missiyanın müddətinin uzadılmasının qarşısını almaq üçün müəyyən addımlar atıb.

Heç kimə sirr deyil  ki, Aİ daxilində Macarıstan və Slovakiya kimi ölkələr tez-tez qurumun həyata keçirmək istədiyi müxtəlif məsələlərə qarşı  çıxaraq, ona ya "veto" qoyur, ya da bunun müqabilində təşkilatdan bəzi imtiyazlar qoparmağa çalışır. Belə vəziyyətlə xüsusən də Aİ-nin Rusiyaya münasibətdə atdığı addmlar fonunda rastlaşmaq olar. Dəfələrlə, Budapeşt və indi də Bratislava qurumun Moskvaya qarşı sanksiyalarına qarşı çıxıb. Bu əsasda Bakı da həmin ölkələrlə işləyib, Aİ daxilində öz maraqlarına zidd qərarların verilməsinə əngəl ola bilər. 

Rüfət Sultan


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 31 Yanvar 2025 16:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see216

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see216

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see193

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see176

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see174

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see170

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see170

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see169

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see168

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see168

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see160

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see154

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see149

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see147

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see146

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see143

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see142

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see141

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see141

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri