Icma.az
close
up
RU
Putinin PLANI HAZIRDIR: Ermənistanda çevriliş bu tarixdə baş tutacaq, Paşinyan onların əli ilə devriləcək… KONKRET

Putinin PLANI HAZIRDIR: Ermənistanda çevriliş bu tarixdə baş tutacaq, Paşinyan onların əli ilə devriləcək… KONKRET

Icma.az bildirir, Konkret.az portalına istinadən.

“Rusiya Ermənistanda Paşinyana qarşı hərbi çevrilişə cəhd edə bilər. Rusiya uzun müddətdir Ermənistanın baş naziri Nikol Paşinyanı devirmək niyyətindədir və bu məqsədlə həm siyasi, həm də silahlı vasitələrdən istifadə etməyə çalışıb”.

Bu fikirləri Siyasi Texnologiyalar Mərkəzinin rəhbəri Vəli Əlibəyov KONKRET.az-a açıqlamasında səsləndirib.

“Paşinyan hakimiyyətə gələndən bəri Rusiya müxtəlif yollarla onu hakimiyyətdən uzaqlaşdırmağa çalışıb. Bu istəklər seçki prosesləri və ya hərbi çevriliş ssenariləri formasında ortaya çıxıb. Ancaq hələ ki, bu cəhdlər uğursuz olub. Eyni zamanda, Rusiya getdikcə zəifləyir və Qafqazda təsir imkanlarını itirir. Hazırkı məqamda Ermənistan kimi bir ölkədə çevriliş təşkil etmək əvvəlkindən daha çətindir. Putin bir neçə ay əvvəl Kilsəni Paşinyana qarşı qaldırmağa çalışdı. Dini xadimlər insanları mitinqlərə səsləyirdi. Hətta Ermənistanda müəyyən qarışıqlıqlar da oldu. Lakin bütün bunlara baxmayaraq, Paşinyan hakimiyyətdə möhkəmlənə bildi”.

Əlibəyov hesab edir ki, bəzi ekspertlərin 2026-cı il parlament seçkiləri ilə bağlı səsləndirdikləri proqnozlar reallığa uyğun deyil:

“Əgər Rusiya Paşinyanı devirmək istəyirsə, bunu 2026-cı ilə qədər gözləməyəcək. O vaxta qədər Rusiyanın öz daxilində hansı çətinliklərlə qarşılaşacağı bilinmir. Çevriliş cəhdi olacaqsa, bu, yaxın aylarda baş verər. Çevriliş cəhdi müxtəlif şəxslər, hərbçilər və ya keçmiş siyasətçilər vasitəsilə həyata keçirilə bilər. Rusiya onlara hərbi dəstək verərək Paşinyanı devirməyə cəhd edər ”.

Bununla belə, Vəli Əlibəyov Paşinyanın mövqeyinin zəif olmadığını vurğulayıb:

“Paşinyan tək deyil, ABŞ və digər Qərb ölkələri onun hakimiyyətdə qalmasında maraqlıdır və onu dəstəkləyirlər. Bu dəstək ona qarşı olan planların qarşısını almaqda əsas faktorlardan biridir. Əgər uğurlu sui-qəsd olarsa, bu, Paşinyanı devirmək üçün daha asan yol olacaq. Digər üsullarla onun hakimiyyətdən getməsi mümkün deyil”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:134
embedMənbə:https://konkret.az
archiveBu xəbər 01 Avqust 2025 16:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see400

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see311

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see291

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see281

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see272

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see268

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see260

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see260

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see259

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see240

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see225

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see219

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see217

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see215

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see214

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see213

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see209

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see204

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri