Icma.az
close
up
RU
Onların əti insan üçün xeyirlidir? Ekspertdən AÇIQLAMA

Onların əti insan üçün xeyirlidir? Ekspertdən AÇIQLAMA

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Dağda, meşədə, vəhşi təbiətdə yaşayan belə heyvanların (maral, ayı və s.)  əti, bizim alıb istifadə etdiyimiz mal, quzu, keçi əti kimi tam yararlı ət hesab olunmur. Bu heyvanların bizim istifadəmiz üçün yararlı olmamasının səbəbi odur ki, bu heyvanlar mütəmadi olaraq dağda, dərədə, meşədə hərəkətdə olduqları üçün ətlərinin əzələ sistemi daha çox inkişaf etmiş olur. Bu isə ətdə bərkliyin yaranmasına səbəb olur".

Bu barədə Redaktor.az-a açıqlamasında qida eksperti İlkin Şirinov bildirdi. Onun sözlərinə görə, bu heyvanların ətindən birmənalı şəkildə bizim digər ətlərdən istifadə etdiyimiz kimi istifadə etmək alınmır:

"Bu heyvanlardan biz istədiyimiz kimi yeməklər əldə edə bilmərik. İstifadə etmək üçün, bu ətlər xüsusi yumşaldıcı proseslərdən keçməli, xüsusi ədviyyatlardan və qatqılardan istifadə olunmalıdır. Bu ətlərdən sonra hansısa yemək hazırlana bilər. Belə ətlərin bizə xeyirli, yoxsa ziyanlı olduğu mövzusuna gəldikdə, şəxsən özüm hansısa araşdırmada, tibbdə, elmi yazıda rast gəlməmişəm ki, ayı əti insana xeyirlidir. Və yaxud maral əti hansısa xəstəlik üçün xeyirlidir. Məsələn, el arasında deyilir ki, “babasil” xəstəliyi üçün kirpinin əti xeyirlidir. Bunlar sadəcə el arasında deyilir. Özüm şahid olmamışam".

Ekspert bildirdi ki, bu heyvanların xüsusi baytarlıq nəzarətindən keçmədən birbaşa hazırlanaraq insanlara verilməsini düzgün deyil:

"Ov mövsümündə biz şahid oluruq ki, ördək, qaşqaldaq, müxtəlif sularda yaşayan quşların ətindən istifadə etmək olur. Onların əti qəbul olunandır. Bu hala normal yanaşmaq olar. Bu gün insan sağlamlığının riskə atılması, təbiətin məhv olunması hesabına pullar qazanılır. Hesab edirəm ki, belə halların qarşısını almaq üçün mütəmadi reydlər keçirilməlidir. Reydlər 1-2 dəfə yox, daimi keçirilməlidir".

İ.Şirinovun sözlərinə görə, bu mövzularda ictimai qınaq da özünü göstərməlidir:

"Məsələn, hansısa insanın qarşısında meşədə yaşayan bir heyvan ovlanırsa, vətəndaş buna öz mövqeyini göstərməlidir.
Bilirik ki, Azərbaycanımızın təbiəti rəngarəngdir. Adı "Qırmızı kitab"a düşən heyvanlar var ki, onlar ovlanırlar. Təbiətə belə yanaşmamalıyıq. Bu tip yanaşmaları əsasən ekoloqlardan, meşəbəylərindən gözləyirəm. Kiminsə müəyyən pul məbləğində ayı ovlamasını mən qəbul etmirəm. Bunu cəmiyyət olaraq qəbul etməməliyik. Azərbaycanımızın təbiətini biz özümüz qorumalıyıq. Hansısa xarici turist gəlib bizim təbiətimizi qorumayacaq", - deyə ekspert əlavə etdi.

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:251
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 21 Fevral 2025 20:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see284

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see268

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see254

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see245

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see224

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see204

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see203

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see202

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see190

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see188

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see186

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see180

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see173

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri