Icma.az
close
up
RU
Onların ixtisar qorxusu bitir AÇIQLAMA

Onların ixtisar qorxusu bitir AÇIQLAMA

Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanda yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılmasının qadağan edilməsi ilə bağlı təklif edilən qərar əmək bazarında yeni müzakirələrə səbəb olub. Bu dəyişiklik yaşlı işçilərin məşğulluq imkanlarının qorunması və sosial təminatının gücləndirilməsi baxımından mühüm addım kimi qiymətləndirilir. Eyni zamanda, qərarın işəgötürənlərin davranışına, əmək bazarında rəqabətə və məhsuldarlıq göstəricilərinə mümkün təsirləri də diqqət mərkəzindədir. 
Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, Azərbaycanda pensiya yaşına yaxınlaşan və ya artıq pensiya yaşında olan şəxslər üçün əmək bazarında digər yaş qrupları ilə müqayisədə xüsusi fərqləndirmə və ya üstünlük nəzərdə tutulmur. 
"Yeni iş yerləri yarandıqda işəgötürənlər əksər hallarda daha gənc və çevik işçi qüvvəsinə üstünlük verirlər. Bunun əsas səbəbi isə gənclərin sağlamlıq baxımından daha dayanıqlı olması və iş prosesində daha çevik fəaliyyət göstərə bilmələri ilə izah olunur. Bu isə xüsusilə pensiya yaşına yaxınlaşan şəxslərin əmək bazarında müəyyən çətinliklərlə qarşılaşmasına səbəb olur. Onların rəqabət imkanları nisbətən azalır. Hətta mətbuatda və parlament müzakirələrində dəfələrlə belə təkliflər səsləndirilib ki, pensiya yaşına az müddət qalan, məsələn, iki və ya üç il qalan şəxslərin ixtisar edilməsi qadağan olunsun və ya bu kateqoriyaya müəyyən üstünlüklər verilsin. Lakin hələlik bu kimi təkliflər Əmək Məcəlləsində rəsmi şəkildə təsbit olunmayıb və əsasən müzakirə səviyyəsində qalır".
Ekspert bildirib ki, tez-tez Avropa ölkələrinin təcrübəsi nümunə kimi göstərilir. 
"Çünki əmək hüquqlarının qorunması və işçi bazarında bərabər imkanların yaradılması baxımından inkişaf etmiş ölkələrin təcrübəsi daha genişdir. Avropa ölkələrində yaşlı işçilərin əmək bazarında qalmasını təşviq etmək üçün müxtəlif stimullaşdırıcı mexanizmlər tətbiq olunur. Məsələn, işəgötürənlər üçün müəyyən güzəştlər nəzərdə tutulur, eyni zamanda yaşlı işçilərin yeni bacarıqlar qazanması üçün xüsusi təlim proqramları təşkil edilir. Azərbaycanda da bu istiqamətdə müəyyən addımlar atıla bilər. Məsələn, yaşlı insanların məşğulluğunu artırmaq üçün məsafədən işləmə imkanlarının genişləndirilməsi və rəqəmsal bacarıqlarının artırılması effektiv vasitələrdən biri ola bilər. Eyni zamanda demoqrafik proseslər, təbii artım tempinin azalması və əhalinin yaşlanması gələcəkdə əmək bazarında gənc işçi qüvvəsinin sayının azalmasına səbəb ola bilər. Bu isə dövlətin yaşlı təbəqənin əmək bazarında qalmasını və onların layiqli iş imkanlarına çıxışını təmin etməsini daha da vacib edir".
Əfsanə Kamal
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 11 Mart 2026 21:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see392

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see384

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see367

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see353

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see247

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see245

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see238

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see238

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see226

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see222

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see222

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see214

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see207

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see194

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see191

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see179

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see172

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see171

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see163

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri