Icma.az
close
up
RU
Onların maaşında artım olacaq Müjdə

Onların maaşında artım olacaq Müjdə

Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Mədəniyyət sektorunda sertifikatlaşdırma qaydaları və bu prosesin əməkhaqqına təsiri ilə bağlı mühüm təkliflər irəli sürülüb. Parlamentin son iclasında çıxış edən deputat Vüqar Bayramov incəsənət sahəsində çalışan şəxslər üçün imtahan şərtlərinin yüngülləşdirilməsini zəruri hesab edir.
Demokrat.az-ın məlumatına əsasən Millət vəkili beynəlxalq səviyyəli uğurları olan şəxslərin bu prosesdən kənarda saxlanılmasını təklif edib. O həmçinin sertifikatlaşdırmadan azad olunma müddəti ilə bağlı dəyişiklik istəyib. Deputat qeyd edib ki, "İncəsənət sektorunda beynəlxalq müsabiqə qalibləri sertifikatlaşdırmadan azad olunması məqsədəuyğun olardı. Eyni zamanda, Məccələnin 67-i maddəsində 3 dəfə deyil, ən azı 2 dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər sertifikatlaşdırmaya cəlb edilməməsini təklif edərdim".
Vüqar Bayramov çıxışında mövcud maaş artımı sistemindəki qeyri-mütənasibliyə də diqqət çəkib. Hazırda 50 bal toplayan müəllimin maaşı cəmi 10 faiz artdığı halda, 51 bal toplayanlarda bu rəqəm 35 faiz təşkil edir. Ekspert hesab edir ki, daha çox təhsilverənin maddi vəziyyətini yaxşılaşdırmaq üçün bu hədd aşağı salınmalıdır.
Onun fikrincə, "Bundan əlavə, mövcud qaydalara əsasən, imtahan mərhələsində 30-50 bal toplayanların əmək haqqısı 10.0, 51-60 ballıq nəticə göstərənlərin maaşları isə 35.0 faz artır. Daha çox təhsilverənin sertifikatlaşdırmaya cəlb ediləcəyini nəzərə alaraq bu qaydaların da dəyişdirilməsi məqsədəuyğundur. İmtahanlarda 51 baldan deyil, 80 faizindən daha çoxunu toplayanların maaşlarının sonuncu pillə, yəni 35 faiz artırılması uyğun olardı".
Deputatın bu təşəbbüsü 48 və daha yuxarı bal toplayan müəllimlərin əməyinin daha yüksək qiymətləndirilməsinə xidmət edir. O bildirib ki, "Hazırda 48-51 ballar toplayan müəllimlərdə əmək haqqı artımı 35 deyil, 10 faizdir. Mövcud qaydalara ilə 83 faiz, yəni 50 bal toplayan müəllimin maaşı 10 faiz, cəmi 1 bal çox toplayandan isə 35 faiz artım olur. Beynəlxalq qiymətləndirmə standardlarına uyğun olaraq, 80 faizdən daha çox nəticə göstərənlərin maaşların 10 deyil, 35 faiz artırılması məqsədəuyğundur".
Müzakirələrə qoşulan mədəniyyət nazirinin müavini Səadət Yusifova bu məsələlərin diqqətdə olduğunu vurğulayıb. O qeyd edib ki, bəzi meyarlar artıq işə qəbul qaydalarında yer alıb, lakin qanunvericilikdə dəyişiklik üçün digər qurumlarla razılaşma lazımdır. Nazir müavininin sözlərinə görə, "Sadəcə olaraq, bu istisnaların yenidən qanunvericiliyə daxil edilməsi üçün müəyyən prosedurlar mövcuddur. Bu proses dövlət orqanları ilə, o cümlədən Təhsil Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırılmalıdır. Ona görə də növbəti mərhələlərdə bu təklifləri dəyərləndirib nəzərə alacağıq. Sertifikasiya haqqında qanun qəbul edildikdən sonra müvafiq qaydalar da hazırlanacaq və həmin qaydalarda əmək haqlarının artırılma faizi də öz əksini tapacaq".
Yəni, yaxın vaxtlarda bu sahədə yeni qaydaların tətbiqi və maaş artımı mexanizminin təkmilləşdirilməsi gözlənilir.(bizimmedia)
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 17 Mart 2026 15:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see349

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see295

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see285

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see265

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see264

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see253

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see239

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see222

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see219

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see215

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see199

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see198

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see196

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see195

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see193

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see188

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see183

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see174

Sürücülərin NƏZƏRİNƏ: Avtomobilinə bu quraşdırmanı edənlər 150 manat cərimə olunacaq

14 Oktyabr 2026 20:04see172

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri