Icma.az
close
up
RU
Onların qatarı getdi...

Onların qatarı getdi...

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

Ceyhun Məmmədov: "600 baldan yüksək nəticə göstərən bəzi tələbələrin kənarda qalması DİM-in günahı deyil"


Məzahir Məmmədli abituriyentlər üçün güzəşt təkliflərini real hesab etmir


Bu il ali təhsil müəssisələrinə qəbul imtahanlarının nəticələri açıqlanarkən, yüksək nəticələr göstərən abituriyentlərin kənarda qalması məsələsi ciddi müzakirələrə səbəb olub. Qəbul prosesində əldə edilən statistik göstəricilər göstərir ki, imtahanlarda 600 və ondan yuxarı bal toplamış bir neçə abituriyent, müxtəlif səbəblərdən, ali təhsil müəssisələrinə qəbul imkanı qazana bilməyib. Bu vəziyyət ictimaiyyətdə fərdi uğursuzluq kimi qiymətləndirilməyib. Qəbul sisteminin strukturu və ixtisas seçim mexanizmləri ilə bağlı geniş müzakirələr üçün zəmin yaradıb. Belə hallar, yüksək nəticə göstərən abituriyentlərin qarşılaşdığı çətinliklərin, ixtisas seçimindəki məhdudiyyətləri və ali təhsil müəssisələrinə qəbul prosesindəki mövcud balanssızlığı ortaya çıxardığı qeyd edilib. 


Jurnalist, "AzNews.az" portalının baş redaktoru Taleh Şahsuvarlı hesab edir ki, 600 baldan çox istənilən keçid balı sünidir. Onun sözlərinə görə, bu ballar təhsil sistemi üçün ciddi risklər yaradır və  xüsusən 670, 680 keçid balları Azərbaycanda qəbul sisteminin çox ciddi problemləri olduğunu xəbər verir:

 “600-dən çox bal toplayan istənilən məzun heç bir əlavə müsabiqə olmadan istədiyi ali məktəbin istədiyi ixtisasında təhsil ala bilməlidir. İkincisi, mərkəzi yerləşdirmə sistemi mövcud olan bütün təcrübələrdə sıralama paradoksu üzə çıxır. Bu, qaçılmazdır. Çünki yerləşdirmə üçün ya sıra baldan, ya da bal sıradan üstün götürülməlidir. Bizdə yerləşdirmə üçün bal sıradan, ballar eyni olanda sıra baldan üstün götürülür. Bu da sıralama paradoksu yaradır. Sıralama paradoksunun ən tipik nümunəsi 600-dən çox bal toplayan təxminən 10 məzunun qəbuldan kənarda qalmasıdır. Əgər 600-dən çox bal toplayanlar qəbuldan kənarda qalırsa, demək, qəbul sistemi ədalətsizdir. Ədalətli sistemdə məzun çox sayda universitetə qəbul olunmalı, sonda birini seçməlidir. Deməli, təhsil sayəsində hegemon quruma çevrilmiş Dövlət İmtahan Mərkəzi ilə bağlı təcili islahat aparılmalıdır. Ali təhsilin hər üç pilləsi üçün DİM ciddi problemlər yaradır və ən pisi isə budur ki, prosesə öz neqativ təsirlərini ya görmür, ya da görmək istəmir”.


Təhsil eksperti Məzahir Məmmədli isə 600-dən yüksək bal toplayıb qəbul ola bilməyən abituriyentlər üçün güzəşt təkliflərini real hesab etmir. Onun sözlərinə görə, həmin abituriyentlər üçün heç bir güzəşt ola bilməz: 

"Hər şey sistemlə olur. Sistem artıq bunu belə qəbul edib. Onların qatarı getdi. Amma ikinci tur var. İkinci turda həmin abituriyentlər arzuladığı heç bir yerə girə bilməz, çünki ikinci turlar 150-200 ballıq yerlərdir. 600-dən yuxarı bal toplayan biri gedib həmin ixtisası seçən deyil. İkinci turda onların iştirakını təsəvvür edə bilmirəm. Bu iddiada olan biri niyə kollec seçsin? ".


Məzahir Məmmədli həmin abituriyentlərin kənarda qalması səbəbini belə izah edib: 

"600-dən yuxarı bal toplayan abituriyentlər 3 kateqoriyadan olan şəxslərdir. Birincisi, Bakıda fəaliyyət göstərən özəl liseylər özlərinin reytinqlərini qaldırmaq üçün ümumi statistikanı verəndə bəyan edirlər ki, məktəbimizdən bu qədər abituriyent 600-dən yuxarı bal toplayıb. Xarici universitetlərə qəbul oluna bilmir, amma buradakı statistikada göstərilirlər. Onlar da başqalarının haqqına girməmək üçün necə gəldi ixtisas seçir, adı da qalır ki, düşə bilmədi. İkincisi, bunlar birbaşa ixtisas seçimində iştirak etmək istəyirlər. Məsələn, gələcəyin həkimi, hüquqşünası olmaq istəyirlər. Bu adamlar bir, yaxud da iki ixtisas seçir. Üçüncüsü, düzgün kodlaşma apara bilmirlər. Düzgün kodlaşma apara bilməyəndə problem yaşayırlar, nəticə də budur. Bu, onun üçün faciədir. Bu adam illərini xərcləyib, repetitor yanına gedib. Hər ili ona hardasa 10-15 minə başa gəlib. Hardasa 100 minə yaxın pul itirib, ali məktəbə də girə bilməməsi faciədir". 


Ekspert təklif edir ki, qrup oyunlarıyla vidalaşmaq lazımdır:

 "Seçim peşəyə verilməlidir ki, hər kəs işini bilsin. 15 ixtisas seç, arzuladığın peşəyə düşə bilmə. Hüquqşünas tarix müəllimi olur, həkim olmaq istəyən də kimya-biologiya müəllimi. Dünyanın heç bir yerində belə bir şey yoxdur".


Millət vəkili Ceyhun Məmmədov “Sherg.az”a açıqlamasında deyib ki, dünyada ali məktəbə qəbul sistemlərinin hamısında müəyyən çətinliklər və mübahisələr mövcuddur. Hər ölkənin qəbul sistemi özünəməxsusdur. Bəzi ölkələr tələbələri yalnız attestat nəticələrinə görə qəbul edir. Bəziləri isə standartlaşdırılmış testlər (SİT və ya oxşar imtahanlar) tətbiq edir. Heç bir sistem ideal deyil, hər birinin həm üstünlükləri, həm də çatışmazlıqları mövcuddur: 

“Azərbaycanda ali məktəbə qəbul prosesi Dövlət İmtahan Mərkəzi (DİM) vasitəsilə həyata keçirilir və mən DİM-i yüksək peşəkarlığa malik dövlət qurumu kimi qiymətləndirirəm. DİM böyük bir yük daşıyır və qəbul prosesini obyektiv və ədalətli şəkildə təşkil edir. Mənim onlarla heç bir əməkdaşlığım və ya yaxınlığım yoxdur. Bu mənim müşahidəmə əsaslanan subyektiv qərarımdır ki, işini yaxşı səviyyədə quran dövlət qurumlarından biri məhz Dövlət İmtahan Mərkəzidir. Bir anlıq düşünün ki, Azərbaycanda ali məktəblərə qəbul prosesi sadəcə attestatla baş verir. Görün nə baş verəcək?! DİM qəbul prosesini çətinləşdirir, qəlizləşdirir kimi iddialar səsləndirənlər olur. 150 balla bir tələbə ali məktəbə qəbul olunur. Bundan asan nə olmalıdır ki? Hansı ki 150 balla universitetə qəbul olan tələbəyə dərs demək müəllim üçün çox çətindir”.


Qəbul prosesinin rəqabət prinsipinə əsaslandığını vurğulayan deputat qeyd edib ki, ali məktəblərin hər ixtisası üçün dövlət tərəfindən müəyyən sayda plan yerləri ayrılır. Bu isə avtomatik olaraq rəqabəti yaradır: 

“Məsələn, bir ixtisas üçün 20 plan yeri varsa, həmin ixtisasa müraciət edən ən yüksək ballı 20 tələbə qəbul olunur. 600 baldan yüksək nəticə göstərən bəzi tələbələrin kənarda qalması DİM-in günahı deyil. Abituriyentlərə 15 ixtisas kodlaşdırmaq imkanı verilir. Burada uğur və ya uğursuzluq yalnız tələbənin seçim strategiyasına, balına uyğun ixtisasları düzgün seçib-seçməməsinə bağlıdır. 600 baldan yuxarı nəticə göstərən tələbələrin əgər  konkret hədəfləri varsa (məsələn, tibb və ya hüquq fakültəsi), yüksək rəqabət şəraitində yalnız ən yüksək ballılar qəbul olunur. Bəzi tələbələr istəmədiyi fakültələrdə oxumaqdansa, növbəti il yenidən hazırlaşmağı gözə alır. Bəziləri isə deyir ki, hansı ixtisas olursa-olsun, əsas qəbul olunum. 600 baldan yüksək toplayıb kənarda qalan abituriyentlərdən soruşmaq lazımdır ki, peşman olublarmı!? Heç biri DİM-ə müraciət edib kömək istəməyibsə, məsələni bu qədər qabartmağın mənası nədir? Onların əksəriyyəti konkret məqsədi olan, hüquqşünas və həkim olmaq istəyən gənclərdir. Bir qismi isə məlumatsızlıqdan, balına uyğun olmayan ixtisasları kodlaşdırır. Burada da yenə də məsuliyyət onların öz üzərinə düşür. İxtisas seçimində məlumatsızlıq və ya yanlış seçim kimi problemləri aradan qaldırmaq üçün gənclərlə sıx iş aparılmalı, ixtisas seçimi və qəbul qaydaları barədə maarifləndirmə tədbirləri gücləndirilməlidir. Abituriyentlərin keçmiş ilin nəticələrinə baxaraq cari ili düzgün qiymətləndirməməsi kimi yanlış yanaşmaların qarşısı alınmalıdır. Bəzən abituriyentlər ötən ilin nəticəsinə baxır ki, keçid balı ötən il 500 olub, mənim də 520 balım var. Onsuz da qəbul olacam, elə filan fakültəni yazım. Amma cari ilin qəbul nəticələrində məlum olur ki, həmin ixtisasa müraciət edən abituriyentlərin əksəriyyəti yüksək bal toplayıb. Bir daha qeyd edirəm, tələbələrin uğuru yalnız onların hazırlığı, məlumatlılığı və seçim bacarıqlarından asılıdır. Əsas hədəf gəncləri düzgün məlumatlandırmaq və seçim prosesində onlara dəstək verməkdir”. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:180
embedMənbə:https://sherg.az
archiveBu xəbər 02 Sentyabr 2025 11:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Oynaqlardakı ağrıya dəfnə yarpağı kömək edir? AÇIQLAMA

14 Avqust 2026 13:31see216

Toya çatmaq üçün təyyarənin arxasınca qaçdılar Video

14 Avqust 2026 03:48see170

Trampın kürəkəni Qəzza ilə bağlı danışıqlar üçün İsrailə gedir

14 Avqust 2026 01:50see169

Mahirin komandası pley offda

14 Avqust 2026 02:18see166

Maşınla vurulan piyada xəstəxanada öldü Foto

13 Avqust 2026 10:03see166

Dünya çempionunun yolu haradı?

13 Avqust 2026 19:27see165

COVID 19 yenidən "dirildi" Bir həftədə 14 ölüm

13 Avqust 2026 23:06see165

Maşında ürəkbulanma niyə yaranır?

15 Avqust 2026 01:56see164

Əraqçidən ABŞ yə XƏBƏRDALIQ Ehtiyatlı olun

13 Avqust 2026 23:33see162

Tək yaşayan qadına hücum edən gənclə bağlı son qərar Məhkəmə

13 Avqust 2026 14:29see160

Gökhan Özen ikinci dəfə evləndi (Foto)

15 Avqust 2026 00:27see158

Hansı xəstəliklərdə kişilərin cinsi orqanı kiçilir?

14 Avqust 2026 02:04see155

BMT Baş katibinin ofisi bildirib ki, Quterreş Yaxın Şərqdəki vəziyyətə diqqətlə yanaşır

13 Avqust 2026 08:14see155

Avtomobillərin ev şəraitində şarj edilməsi nə qədər xərc tələb edir?

13 Avqust 2026 17:42see154

İndoneziyada 112 milyon dollarlıq vergi qalmaqalı

13 Avqust 2026 08:25see153

Sərxoş halda avtobus sürən azərbaycanlı Polşada həbs edildi Fotolar

14 Avqust 2026 02:44see152

Cəlal Hüseynov oynadı, komandası qalib gəldi

15 Avqust 2026 01:46see151

236 milyon illik fosil alimləri təəccübləndirdi: Məməlilərin doğuş tarixi dəyişə bilər

14 Avqust 2026 03:36see150

4 aya 20 kilo arıqlayan türk aktrisadan çimərlik Fotoları

14 Avqust 2026 03:03see149

“Komo” “Çelsi”nin hücumçusunu hədəfə alıb

15 Avqust 2026 03:06see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri