Icma.az
close
up
RU
Onların Rusiyadan quru yolla gəlişinə icazə verilməlidir Deputat

Onların Rusiyadan quru yolla gəlişinə icazə verilməlidir Deputat

Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Vaşinqtonda imzalanan bəyannamə ölkəmiz və xalqımız üçün mühüm əhəmiyyətə malik siyasi hadisədir”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri Milli Məclisin növbədənkənar iclasında deputat Qüdrət Həsənquliyev səsləndirib.

Deputat bildirib ki, Ermənistanın Naxçıvana maneəsiz gediş-gəlişi təmin edəcək yolun açılışına razılıq verməsi və bu istiqamətdə yeni öhdəlik götürməsi, həmçinin ABŞ-ın həmin yolun təhlükəsizliyini təmin edəcəyini bəyan etməsi Azərbaycanın növbəti diplomatik uğurudur:

“Vaşinqton bəyannaməsi əslində iki ölkə arasında imzalanmış ilkin sülh sazişi kimi qiymətləndirilə bilər. Konstitusiyaya əsasən, ölkələr arasında imzalanan sənədlər Milli Məclisdə ratifikasiya olunmalıdır. Bu baxımdan, sülh məsələlərinin Milli Məclisin payız sessiyasının gündəliyinə salınmasını təklif edirəm”.

Q.Həsənquliyev əlavə edib ki, “Tramp yolu” adlandırılan dəhliz bütün ölkələrin iqtisadiyyatına böyük töhfə verəcək və ABŞ bu istiqamətdə prinsipial mövqe nümayiş etdirməlidir:

“ABŞ-ın vasitəçiliyi ilə imzalanan bəyannamə heç bir ölkəyə qarşı yönəlməyib və bunu İranla Rusiya da yaxşı anlayır. Türkiyə və Rusiyanın iştirakı ilə sülh müqaviləsinin imzalanmasını məntiqli hesab edirəm”.

Deputat Ermənistanı konstitusiya dəyişikliklərini gecikdirməməyə çağırıb:

“Rusiya və Avropa İttifaqı ilə yaşanan gərginlik aradan qaldırılmalı, BRİKS-ə üzvlük məsələsinə baxılmalıdır. Rusiya ilə quru sərhədin açılması və Azərbaycan vətəndaşlarının ölkəyə girişinə icazə verilməsi vacibdir”.

Sonda deputat Amnistiya Aktının qəbul edilməsini və böyük islahatlara başlanılmasını, həmçinin 2026-cı ilin ölkədə “Barış və İslahatlar İli” kimi qeyd olunmasını təklif edib.

Safura Bənnayeva
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 09 Sentyabr 2025 13:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see351

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see283

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see262

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see246

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see244

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see231

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see226

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see224

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see223

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see222

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see220

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see219

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see217

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see213

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see213

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see202

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see197

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see195

Spotify bu ölkədə bağlanır

28 Noyabr 2026 00:43see187

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri