Icma.az
close
up
RU
Deputat: “Onların məqsədi Azərbaycanda gərginlik yaratmaqdır”

Deputat: “Onların məqsədi Azərbaycanda gərginlik yaratmaqdır”

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

“Təəssüf ki, Azərbaycanda siyasi sabitliyin pozulmasına hesablanmış informasiya manipulyasiyaları ilə məşğul olan şəxslər var”. 

Bu sözləri Azərbaycan İstiqlal Partiyasının (AMİP) sədri, deputat Arzuxan Əlizadə “Cebheinfo.az”-a açıqlamasında deyib. O bildirib ki, bunu təxribat adlandırmaq lazımdır: 

“Qərb bəzi media nümayəndələrini maliyyəşdirərək öz təsir dairəsinə salaraq onlardan istifadə edir. Onların məqsədi Azərbaycanda müəyyən gərginlik yaratmaq və prosesləri hansısa formada öz nəzarətlərinə götürərək idarə etməkdən ibarətdir. İndiyə kimi buna dəfələrlə cəhd ediblər və hər dəfə qarşısı alınıb. 

Ümumiyyətlə, xaricdən maliyyələşən güclərin ölkə daxilində fəaliyyətinə imkan vermək olmaz. Çünki kənar maliyyələşən media resursları Azərbaycana dost olmayan qüvvələrin təsir dairəsində olurlar, onların maraqlarına xidmət edirlər. Hətta onların ölkə daxilində narahatlıq yaratmağa istiqamətlənmiş planlarını həyata keçirmək istəyirlər. Hesab edirəm ki, belə halların qarşısı alınmalıdır. Yəni dövlət mənafelərinə xidmət etməyən qüvvələrin yönləndirdiyi şəxslərin cinayətkar fəaliyyətinin qarşısı alınmalıdır”. 

Millət vəkili xaricdə ölkəmiz əleyhinə qarayaxma kampaniyası aparan yutuberlər barəsində də danışıb:

“Onlar sadəcə pozuculuq fəaliyyəti ilə məşğul olurlar. Təəssüf ki, belə yutuberlər yaşadıqları ölkələrin xüsusi xidmət orqanlarının qoruması altında bu faəliyyəti icra edirlər. Əslində, həmin yutuberlər “söyüş müxalifəti”ni yaradıblar. 

Özlərini “radikal müxalifət” nümayəndələri kimi təqdim etməklə Azərbaycan dövlətinə qarşı alətə çevriliblər. Üstəlik, maliyyələşdikləri qüvvələrin maraqlarına xidmət edirlər. Heç bir halda belə fəaliyyətlər qəbul edilə bilməz. İstənilən halda Azərbaycan vətəndaşları belə yutuberlərə inanmır və fəaliyyətlərini məqbul saymır. Bundan başqa, onların Azərbaycan dövləti və xalqına qarşı mövqe sərgiləmələri də şiddətli şəkildə qınanılmalıdır”. 

Elmir 
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:257
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 23 Dekabr 2024 15:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see544

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see291

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see284

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see279

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see273

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see272

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see269

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see241

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see240

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see236

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see232

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see223

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see222

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see222

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see218

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see213

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see212

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see211

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see210

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri