Icma.az
close
up
RU
Onlayn alınan bilet keçərli sayılmadı ADY dən AÇIQLAMA

Onlayn alınan bilet keçərli sayılmadı ADY dən AÇIQLAMA

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) onlayn bilet sistemində texniki uyğunsuzluqla bağlı bəzi sərnişinlər narazılıq bildiriblər. Onlar aldıqları biletlərin kassada keçərli sayılmadığını və qatara buraxılmadıqlarını iddia edirlər.

Oxu.Az-a müraciət edən Mirkamal Əliyev bildirib ki, mart ayında Qəbələdən Bakıya qayıdarkən bu cür problemlə üzləşib. Onun sözlərinə görə, onlayn qaydada aldığı iki biletdən yalnız biri 10 manat cərimə ilə geri qaytarılıb, digəri isə etibarsız sayılıb və qaytarılmayıb. Səbəb kimi onlayn alış zamanı yalnız FİN kodunun daxil edilməsi, lakin şəxsiyyət vəsiqəsinin seriya nömrəsinin göstərilməməsi qeyd olunub. Nəticədə qatarda bələdçi tərəfindən onlara yerində bilet təqdim olunub və ödəniş terminal vasitəsilə həyata keçirilib.

Digər bir sosial media istifadəçisi Ariz Hüseynov isə valideynlərinə onlayn bilet alarkən ata adının daxil edilmədiyini, bu səbəbdən onların qatara buraxılmadığını bildirib. Onun sözlərinə görə, ata adı sistem tərəfindən məcburi sahə kimi göstərilmədiyi üçün bu məlumatı əlavə etməyib. Lakin qeydiyyat zamanı problem yaşanıb və onlara biznes sinifdə əlavə bilet təklif olunub.

Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq ADY-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev bildirib ki, Mirkamal Əliyevin qeyd etdiyi tarixdə - martın 29-da Qəbələ-Bakı reysində qeydiyyat zamanı məlum olub ki, sərnişinlər yalnız FİN kodunu daxil edib, şəxsiyyət vəsiqəsinin seriya nömrəsini isə sistemə əlavə etməyiblər. Bu məlumat uyğunsuzluğu səbəbindən əməkdaşlar tərəfindən onların səfərinin həmin biletlərlə mümkün olmadığı bildirilib və kassaya müraciət edərək biletləri qaytarmaq tövsiyə olunub.

B.Hacıyev qeyd edib ki, bilet qaytarıldıqda həmin yer 15 dəqiqədən 1 saata qədər sistemdə yenidən satışa çıxarılır. Bu səbəbdən sərnişinlərin səfərini təmin etmək məqsədilə qatarda digər yerlər təklif olunaraq QU-57 sənədi rəsmiləşdirilib və onlara yerində ödənişlə bilet təqdim olunub. Qaytarılmayan biletlə bağlı aparılan araşdırma nəticəsində məlum olub ki, sərnişin yalnız bir biletin QR kodunu kassaya təqdim edib. Kamera görüntüləri də bunu təsdiqləyib. Bu məlumat sərnişinə təqdim olunub.

Ariz Hüseynovun şikayətinə gəlincə, məlum olub ki, 5 iyulda Dəllər-Biləcəri reysinə bilet alan R.Hüseynov və N.Hüseynova qeydiyyat zamanı müvafiq sənədləri təqdim edərkən ata adı sistemdə qeyd edilməyib.

ADY nümayəndəsi bildirib ki, onlayn bilet alışı zamanı bütün sahələr, o cümlədən ata adı bölməsi doldurulmalıdır. Lakin hazırkı mərhələdə sistem bu sahəni məcburi etmədən fəaliyyət göstərir, məqsəd ata adı olmayan sərnişinlərin də bilet alışına imkan yaratmaqdır.

"Bu səbəbdən ata adı olmayan və ya daxil edilməyən biletlərlə qeydiyyat zamanı problem yaşana bilər. Sərnişinlərin səfərini davam etdirməsinə dəstək məqsədilə həmin reysdə standart sinifdə yer olmadığından sərnişinlərə biznes sinifdə yer təklif olunub və ödəniş QU-57 sənədi əsasında aparılıb. Biletlərin geri qaytarılması ilə bağlı məlumat verilsə də, sərnişinlər biletlərini qaytarmayıblar", - deyə B.Hacıyev bildirib.

ADY rəsmisi sərnişinlərə onlayn bilet alarkən sistemdəki bütün məlumatların, o cümlədən şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ata adının düzgün şəkildə daxil edilməsini tövsiyə edib. Bu, qeydiyyat zamanı yarana biləcək texniki problemlərin qarşısını almağa kömək edər.

Aləmdə Nəsib

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:413
embedMənbə:https://oxu.az
archiveBu xəbər 12 İyul 2025 10:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see604

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see426

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see307

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see294

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see277

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see267

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see264

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see241

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see221

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see212

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see210

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see202

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see193

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see192

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see191

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see189

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see182

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see177

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see175

İngiltərə Liqa Kuboku: “Arsenal” IV Liqa klubuna məğlub oldu MÜBARİZƏNİ DAYANDIRDI

28 Oktyabr 2026 02:20see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri